AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


22.01.2019  10:08 

Azərbaycanlı aparıcı dələduzluqda ittiham olunur





A+  A-

"Əgər kimsə müsabiqənin adından istifadə edib pul tələb edərsə, insanları həmin şəxslərə aldanmamağa çağırıram. Çünki biz heç kimdən bir qəpik də almayacağıq".
XəzərNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri “Sinema güzeli” yarışmasının layihə rəhbəri, aparıcı Aysel Nazim fırıldaqçılıq ittihamları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Aparıcı bildirib ki, bu ildən etibarən Azərbaycanın da qoşulduğu müsabiqə seçimləri ödənişsizdir və heç kimdən pul alınmayacaq:

"Biz keyfiyyətli bir layihə təşkil edirik. Türkiyədən gələn jürilərimiz seçimləri edəcək. Aparıcı Vüsalə Səidin oxşar layihəsi olub. Kiməsə görə adımızın qaralanmasını istəmirəm. Hər kəs daha əvvəl iştirakçıların aldatılmasından, pul alınmasından, yalan vədlər verilməsindən danışır. Bu layihənin hüquqları məndədir və hər şey qanunauyğun nəzərdə tutulub. 6 qız 6 oğlan seçiləcək və onlara ödənişsiz aktyorluq dərslər keçiləcək. 27 yanvar tarixindən seçimlər olacaq və 18-28 yaş aralığında gənclər seçiləcək. Son olaraq qaliblər Türkiyədə qala gecəsinə qatılacaq".

Qeyd edək ki, bir müddət öncə əməkdar artist Məlahət Abbasova bu kimi müsabiqələri fırıldaqçılıq, pul tələsi adlandıraraq ötən il təşkil olunan "Sinemanın kral və kraliçesi" yarışmasının qaliblərinin ortada olmadığını bildirib.

Xatırladaq ki, V. Səid ittihamlara cavab verməkdən imtina edib.

Xəbər 1335 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +