200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


21.01.2019  10:17 

İsrail Suriyadakı İran obyektlərini atəşə tutdu





A+  A-

İsrail ötən gecə Dəməşqə yerdən və havadan idarə olunan raketlərlə hava zərbələri endirib.
XəzərNews.az xəbər verir ki, Suriyanın Hava Hücumundan Müdafiə Qüvvələri onların əhəmiyyətli bir hissəsini zərərsizləşdirə bilib.

“Əl Əxbariyə” dövlət telekanalının məlumatına görə, Suriya HHMQ-ləri onlarla İsrail raketini vurub. Kanal qeyd edir ki, hücum zamanı müxtəlif silah növlərindən istifadə edilib. Raketlər Livanın hava sərhədindən, həmçinin İsrailin Qaliley regionu və Tiveriada gölü ətrafından buraxılıb.

İsrail ordusu isə yaydığı məlumatda bildirib ki, Qolansk yüksəkliyinə ( Yaxın Şərqdə mübahisəli ərazi. Böyük hissəsi hazırda İsrailin nəzarətindədir, şərq hissəsi isə Suriyanın –red.) raket zərbələri endirməyə cəhd edən Suriyadakı İran obyektlərini hədəf alıblar:

“Atəş dünən İsrail ərazisindən açılıb. İran İsrail dövlətinə və regional stabilliyə təhlükə yaradaraq yenə açıq şəkildə Suriyadakı hərbi mövcudluğunun əsl məqsədini nümayiş etdirdi. Cavab atəşinin məqsədi İranın Suriyadakı “Əl Qüds” bölmələrinin obyektləri olub”.

Xəbər 1335 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +