“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


18.01.2019  10:07 

“Elmlər Akademiyası” stansiyasının çıxışı bağlandı





A+  A-

Bakıda güclü külək metronun fəaliyyətinə də təsirini göstərib.
XəzərNews.az-ın məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin sözçüsü Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dünən metronun əsas çıxışı bağlanılıb:

“Hazırda stansiyaya giriş və çıxış əsas girişdən təşkil olunub. Hər iki tərəf açıq olduğu üçün yelçəkən olurdu. Bu da uşaqların, yaşlı insanların təhlükəsiz hərəkətinə narahatlıq yaradırdı. Həm də məktəblər bağlandığı üçün sıxlıq müşahidə edilmirdi. Bu səbəbdən önləyici tədbir kimi qapının birinin bağlanmasına qərar verilib. Hər hansı bir fəsad qeydə alınmayıb. Gün ərzində də buna nəzarət olunacaq, əgər sıxlıq artarsa və ya küləyin sürəti azalarsa əsas çıxış istifadəyə veriləcək”.

B.Məmmədov əlavə edib ki, “Bakı Metropoliteni” QSC bu günlərdə gücləndirilmiş iş rejimində çalışır.

Xəbər 1388 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +