İlham Əliyevdən Novruz təbriki - MƏTN
“Araz Supermarket” cərimələndi
Tenderə nəzarət edən qurum özü qanunsuz tender keçirir?
“Əvvəl də at kimi kişnəyən müğənniciklər var idi”
Ceyhun Bayramov Yens Stoltenberq ilə görüşüb
Zakir Həsənov Stoltenberqlə görüşüb - VİDEO
“Taksilərin sayı azaldılır, qiymətlər qalxacaq“
Məna Əliyev xəstəxanaya yerləşdirilib
Biz onların üzərinə getməliyik!
Qubada qanunsuz tikili sökülüb-VIDEO


16.01.2019  23:51 

“Yaxın 4-5 saata Bakıda güclü külək başlayacaq” - VİDEO





A+  A-

Xəbər verdiyimiz kimi, yanvarın 15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək təhlükəli hidrometeoroloji hadisənin gözlənildiyi ilə bağlı məlumat yayıb. Açıqlamada qeyd olunurdu ki, ötən günlərlə müqayisədə havanın temperaturu 10 dərəcə enəcək. Lakin bu gün günorta saatlarında havanın hərarətinin 16 dərəcə olması insanlarda bu informasiyaya qarşı tərəddüd yaradıb.
XəzərNews.az xəbər verir ki, Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva “Real TV”yə açıqlamasında bu gün anomal isti hava şəraitinin müşahidə olunduğunu, lakin kəskin hava şəraiti ilə bağlı səsləndirilmiş proqnozun qüvvədə qaldığını bildirib:

“Baxmayarq ki, havanın temperaturu paytaxtda iqlim normadan 4 dərəcəyədək yüksək olub, yanvarın 17-də bu günə nisbətən havanın temperaturu kəskin aşağı enəcək. Ümumiyyətlə temperaturun anomal gedişi gözlənilir. Belə ki, temperatur səhər saatlarında 5 dərəcəyə yaxın olacaq, gündüz saatlarında isə 2 dərəcədən yüksək olmayacaq”.



Direktorun sözlərinə görə, yaxın 4-5 saata Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi şimal-qərb küləyinə keçəcək: “Səhər saaatlarına yaxın şimal küləyinin sürəti daha da artacaq. Bakıda və Abşeron yarımadasında mənfi temperatur gözlənilmədiyindən yağıntılar əsasən sulu qar şəklində olacaq”.



Baş hidroloq Asif Verdiyev isə bildirib ki, Aralıq dənizindən ölkəmizə soyuq hava kütlələri əsasən Naxçıvan ərazisindən daxil olacaq: “Daha sonra isə Daşkəsən, Gədəbəy, Balakən, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar rayonlarının ərazisini əhatə edəcək. Qar əsasən bu ərazilərdə müşayiət olunacaq”.

VİDEO

Xəbər 1011 dəfə oxunub.



19.03.2024  00:00 

Bu gün İlaxır çərşənbədir

18.03.2024  19:15 

Gəncədə bıçaqlanma olub

18.03.2024  19:07 

Naxçıvanda İnstitut yaradılıb

18.03.2024  19:03 

AFFA bu klubları cərimələdi

18.03.2024  17:31 

Türkiyədə partlayış olub

18.03.2024  15:29 

İmtahan nəticələri elan olundu


BÜTÜN XƏBƏRLƏR +