Dilənçi payı üçün papaq atırlar
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
Bakıda 600 manatlıq səməni-VİDEO
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
İlham Əliyevdən Novruz təbriki - MƏTN
“Araz Supermarket” cərimələndi
Tenderə nəzarət edən qurum özü qanunsuz tender keçirir?
“Əvvəl də at kimi kişnəyən müğənniciklər var idi”
Ceyhun Bayramov Yens Stoltenberq ilə görüşüb
Zakir Həsənov Stoltenberqlə görüşüb - VİDEO


16.01.2019  22:19 

Prezidentdən ETSN-lə bağlı fərman - Yeni xidmətlər və agentlik yaradılır





A+  A-

Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
XəzərNews.az xəbər verir ki, fərmana əsasən Ətraf mühitin mühafizəsi departamentinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Meşələrin inkişafı departamentinin və Elmi Tədqiqat Meşəçilik İnstitutunun əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti yaradılır.

Ətraf mühit üzrə milli monitorinq departamentinin, Milli hidrometeorologiya departamentinin, Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun, Metrologiya və Standartlaşdırma Mərkəzinin və Ətraf Mühit üzrə Laboratoriya Mərkəzinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti yaradılır.

Bundan başqa, Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin, Su hövzələrinin bioloji resurslarının artırılması və mühafizəsi departamentinin, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin və Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti yaradılacaq.

Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi ləğv edilir və onun funksiyaları nazirliyin Aparatı vasitəsilə həyata keçirilir, habelə həmin Agentliyin tabeliyindəki Dövlət Aerogeodeziya Müəssisəsi və Bakı Kartoqrafiya Fabriki nazirliyin tabeliyinə verilir.

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti ləğv edilir və onun işçilərinin say həddi daxilində nazirliyin yerli orqanlarının işçilərinin say həddi artırılır.

Dövlət Ekspertiza İdarəsinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi (bundan sonra – Agentlik) yaradılır.

Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

- Azərbaycan Respublikasının Prezidentinə:

- Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

- Agentliyin yenidən təşkili və ləğv edilməsi;

- Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə:

- bu fərmanın 7.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Müəyyən edilir ki:

- Agentlik “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq təsərrüfat və digər fəaliyyətlərin dövlət ekoloji ekspertizasından keçirilməsi də daxil olmaqla, ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunu müəyyən edən, habelə bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir;

- Agentliyin nizamnamə fondu Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondunun vəsaiti, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından Agentliyə verilən aktivlər, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Nazirlər Kabinetinə Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlarla bağlı aşağıdakıları təmin edən tədbirlər görmək və nəticəsi barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək: Şuşa İriləşdirilmiş Meşəbəyliyinin, Ağdərə Meşə Təsərrüfatının, Kəlbəcər Meşə Təsərrüfatının, Laçın Meşə Təsərrüfatının və Zəngilan Meşə Təsərrüfatının ləğv edilərək, onların əsasında Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzinin yaradılmasını; İqlim Dəyişmələri və Ozon Mərkəzinin, İqlim Bazası və Kommunikasiya Mərkəzinin, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi, Mineral Xammal Analitik və Elmi Tədqiqatlar Mərkəzinin, Normativ və Texniki Normativ Hüquqi Aktlar üzrə Elmi Tətbiqi Mərkəzinin, İxtisaslaşdırma və İxtisasartırma İnstitutunun, Operativ Monitorinq və Ekspedisiyalar Mərkəzinin, Geofiziki Ekspedisiyanın, Şərq Geoloji Axtarış Ekspedisiyasının, Qərb Geoloji Axtarış Ekspedisiyasının, Geoloji Planaalma Ekspedisiyasının və Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının, Samux Dövlət Ovçuluq Təsərrüfatının, Zooloji Parkın və Layihələrin İcra Qrupunun ləğv edilməsini; Ətraf Mühit və Təbii Sərvətlər üzrə İnformasiya – Arxiv Fondunun və Milli Geoloji Kəşfiyyat Xidmətinin əsasında vahid qurumun yaradılmasını; Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, habelə bu fərmanın 1-3-cü hissələri ilə yaradılan dövlət orqanlarının əsasnamələrinin layihələrini və işçilərinin say həddi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 8.2-ci bəndinə əsasən Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondunun vəsaitinin müvafiq hissəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındakı müvafiq əmlakın Agentliyin balansına verilməsini təmin etmək; dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsinin yeni qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə strukturuna daxil olan və bu fərmana əsasən ləğv edilən dövlət orqanlarında işləyən dövlət qulluqçularına münasibətdə Azərbaycan Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”na uyğun olaraq tədbirlər görəcək; bu fərmana əsasən ləğv edilən dövlət qurumlarının işçilərinin nazirliyin tabeliyindəki digər qurumlarda müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görəcək; bu fərmanın 10.1-ci və 10.2-ci bəndlərinin icrası ilə bağlı Azərbaycan Prezidentinə məlumat verəcək; bu fərmandan irəli gələn digər məsələləri həll edəcək.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Xəbər 789 dəfə oxunub.



19.03.2024  11:28 

Türkiyədə zəlzələ olub

19.03.2024  11:25 

Ərdoğan Putini təbrik etdi

19.03.2024  11:15 

Si Cinpin Makronla görüşəcək.

19.03.2024  10:08 

FHN əhaliyə müraciət edib

19.03.2024  09:15 

Masazırda avtomobil yanıb

19.03.2024  09:10 

Pakistan zəlzələ olub

19.03.2024  08:58 

Saatlıda polis əməliyyat keçirib

19.03.2024  00:00 

Bu gün İlaxır çərşənbədir

18.03.2024  19:15 

Gəncədə bıçaqlanma olub

18.03.2024  19:07 

Naxçıvanda İnstitut yaradılıb


BÜTÜN XƏBƏRLƏR +