AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


11.01.2019  14:02 

“Gəncliyə güvən, gələcəyə inan” – Elçin Hüseynov yazır





A+  A-

ADU-nun Dil və Tərcümə Xidmətləri Mərkəzinin direktor müavini Elçin Hüseynovun “Gəncliyə güvən, gələcəyə inan” məqaləsini təqdim edirik.
Təhsil nədir? Əslində hamı üçün bəsit görünən bu suala YUNESKO-nun belə bir beynəlxalq tərifi var: “Təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur”

Təəssüf ki, bir çox hallarda biz təhsili düzgün qiymətləndirə bilmirik. Təhsil dedikdə yalnız məktəb və ya universitet təhsili (formal təhsil) nəzərdə tuturuq. Amma təhsil həyatın müxtəlif çağırışlarına hazırlıq üçün uzunmüddətli və çoxşaxəli ÖYRƏNMƏ prosesidir. Təhsil insanın bilik, bacarıq və səriştələr əldə etməsi sahəsində imkanlarını genişləndirərək insan kapitalını formalaşdırır. İnsan inkişafı baxımından təhsil insanın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir, onun statusunu müəyyən edir.

Təhsil həm də cəmiyyətin fəaliyyətinin əsas sferalarından biridir. O, bizə ətrafımızdakı dünyanı anlamağa, bu dünyada özünü tapmağa, insanları daha yaxından tanımağa imkan verir.

Bu gün Azərbaycan dövlətinin başlıca hədəfi qloballaşan dünyanın çağırışlarına cavab olaraq təhsili daha yüksək səviyyəyə qaldırmaq, onun modernləşdirilməsi və müasirləşdirilməsi üçün mütərəqqi layihələrə imza atmaqdır.

Bu baxımdan Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiqlənməsi haqqında 2013-cü il 24 oktyabr tarixli Sərəncamı böyük əhəmiyyətə malikdir. Sərəncamda dövlətimizin inkişaf konsepsiyasına uyğun olaraq, dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edən, insan kapitalının inkişafına önəm verən, insan resurslarının yetişdirilməsini və idarəedilməsini gerçəkləşdirən müasir təhsil sisteminin yaradılması ön plana çəkilir.

Son dövrlərdə təhsildə tətbiq olunan yeniliklər prosesin davamlı olacağını, bu strategiyanın gələcəkdə də böyük nəticələr verəcəyini sığortalayır. Artıq deyə bilərik ki, müasir elm və təhsil sistemi ilə ayaqlaşan Azərbaycan təhsil sistemi dünya təhsil məkanında öz yerini tapmaqdadır.

Son zamanlar təhsilin keyfiyyətinin artırılması istiqamətində uğurlu islahatlar aparılır və bu sahədə təcrübəli mütəxəssislərlə yanaşı, gənclərin də xüsusi çəkisi var. Bu gənclərin də böyük əksəriyyəti ya Avropada təhsil alıb, ya da bu və ya digər mənada Qərbin təhsil sistemini mənimsəmiş insanlardır. Belə olan təqdirdə təhsilin keyfiyyətini artırmaq üçün daha çox Amerika və Avropanın nüfuzlu universitetlərində özünü doğrultmuş sistemləri biz artıq yerli şəraitə uyğun Azərbaycan təhsil müəssisələrində də görə bilirik: milli təhsil sisteminə zərər vurmamaq şərti ilə bu sahədə xarici ölkə universitetlərinin təcrübəsi öyrənilir, konkret proqram, təkliflər hazırlanır və tədbiq olunur.

Bu baxımdan əməkdaşı olduğum Azərbaycan Dillər Universitetində aparılan islahatlar barədə bir neçə kəlmə qeyd etmək istəyirəm.

Əvvəla, islahatların mahiyyəti – hədəf qrupu tələbələrdir. Onlar üçün yaradılan şərait, tələbə-müəllim-valideyn münasibətlərinin formalaşması, universitetin kitabxana sisteminin yenidən qurulması, imtahan vaxtlarının artırılması aparılan islahatların bir qismini təşkil edir.

Universitetdə hər bir tələbənin azad, sərbəst və maneəsiz şəkildə təşəbbüslərlə çıxış etməsi normaldır. Universitet rəhbərliyinin də bu təşəbbüslərə açıq olması, tələbələrlə fikir mübadiləsi aparması adi hala çevrilib.

Bilik – heç də universitetdə öyrəndiklərimizlə kifayətlənməyi sevmir, o daim hərəkətdə olan bir prosesdir, əlavələr tələb edir. Bunun üçün də Azərbaycan Dillər Universitetinin Dil və Tərcümə Xidmətləri Mərkəzi olaraq təlimlər, təcrübələr təşkil edir, məktəblərdə, universitetlərdə, təhsil mərkəzlərində müxtəlif üsullarla maarifləndirici proqramlar keçiririk.

Dil və Tərcümə Xidmətləri Mərkəzinin əsas məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri haqqında qısa olaraq bildirmək istərdim ki, mərkəzin önəmli məqsədləri sırasına ADU-nun dünya ali təhsil məkanına inteqrasiyası istiqamətində addımlar atmaq, universitetin professor-müəllim heyətinin, tələbələrin bilik və bacarıqlarının artırılması, eyni zamanda, onların dil biliklərinin daha da gücləndirilməsi üçün universitetin digər strukturları ilə birgə çalışmaq, dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatlarla əməkdaşlıq əsasında hamı üçün əlçatan olan informasiya cəmiyyətinin qurulmasına öz töhfəsini verməkdir.

Burada Dil və Tərcümə Xidmətləri Mərkəzinin fəaliyyət istiqamətlərini bir daha konkret olaraq xatırlatmaq yerinə düşərdi:

Burada Dil və Tərcümə Xidmətləri Mərkəzinin fəaliyyət istiqamətlərini bir daha konkret olaraq xatırlatmaq yerinə düşərdi:

1.Magistratura hazırlığı.

2. Müəllimlərin işə qəbul hazırlığı.

3.Müəllimlərin təkmilləşdirilməsi üçün müxtəlif təlimlər.

4. Dövlət qulluğuna hazırlıq.

5.Xarici dillərin tədrisi: ingilis, alman, fransız, rus, ərəb, italyan , ispan , və s.

6.Tərcümə xidməti: elmi məqalələr və böyük həcmli əsərlər.

7.Xarici ölkələrdə dil kursları: Avstriya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və s.

Əlbəttə, görülən işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbər verir. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar bu gün də Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və müasir formada uğurla davam etdirilir. Bu sahədə atılan düşünülmüş addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və Azərbaycan dövlətinin sürətli inkişafında əsas rol oynayır.


Elçin Hüseynov
ADU-nun Dil və Tərcümə Xidmətləri Mərkəzinin direktor müavini.

Xəbər 16572 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +