İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


06.01.2019  15:37 

Hüseynqulu Bağırovun ailəsinin Latviyada da iri biznesi varmış - Yeni faktlar





A+  A-

Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvlərinin Avropa ölkələrini hörümçək toru kimi ağuşuna almış çoxprofilli biznes şəbəkəsinin daha bir qolu üzə çıxıb.
XəzərNews.az-ın məlumatına görə, Virtualaz.org internet mənbələrindən araşdırıb ki, nazir işləyəndə özünü az qala hökumətin yeganə təmiz üzvü və “ən fağır naziri” kimi tanıda bilmiş cənab Bağırovun ailə üzvlərinin Böyük Britaniya, Almaniya, Avstriya, Kipr, Çexiya, Türkiyə ilə yanaşı Latviyada da iri biznesləri var. Bu barədə məlumatlar Latviyanın hökumət mənbələrində yer alır.

Qeyd edək ki, keçmiş nazirin Avropa ölkələrində və Türkiyədəki çoxsaylı şirkətlərdən ibarət biznes imperiyasını onun oğlu Lətif Bağırov idarə edir. Böyük Britaniya mənbələrində göstərilir ki, 1979-cu ilin mayında anadan olmuş Lətif Bağırov Azərbaycan vətəndaşıdır, İngiltərə sakinidir, yəni bu ölkədə yaşamaq üçün biznes vizasına malikdir.



Belə ki, Latviyanın İnvestisiyalar və İnkişaf Agentliyinin (İnvestment and Development Agency of Latvia-LİAA) Azərbaycanla Latviya arasında iqtisadi-ticarət əlaqələrinə dair hesabatına əsasən Bağırovlar bu ölkədə ən iri azərbaycanlı investorlar arasında yer alır.

Agentlik Latviyanın biznes reyestrindən (Lursoft) götürülmüş məlumatlara istinadla öz hesabatında göstərir ki, Lətif Bağırov (Hüseynqulu Bağırovun oğlu) bu ölkədə “Stamina Hospitality Services” və “NORDİC STAMİNA” adlı şirkətlər açıb. Bu şirkətlərdən birincisinin fəaliyyət sahəsi kimi otellərdə və analoji məkanlarda qonaqların yerləşdirilməsi xidməti göstərilir. İkinci şirkət və özünə aid olan və icarəyə götürülmüş daşınmaz əmlakın təkrar icarəyə və ya lizinqə verilməsi ilə məşğuldur.



Hüseynqulu Bağırovun ailə üzvlərindən Liana Bağırova da Latviyadakı azərbaycanlı investorlar sırasına yer alır, onun adı yuxarıda göstərilən şirkətlərin səhmdarı kimi göstərilir.

Qeyd etmək lazımdır ki, Latviyadakı “Stamina Hospitality Services” Hüseynqulu Bağırovun qızı Sevinc Bağırovanın adına 2015-ci ilin martında Londonda qeydiyyatdan keçmiş “STAMINA INVESTMENTS LIMITED” adlı şirkətin törəməsidir.

Bloqqer Cavanşir Həsənli araşdırmışdı ki, şəhadətnamə nömrəsi 09471905, ünvanı 85-87, Borough High Street, London, England olan bu şirkət vasitəsilə Bağırovlar ailəsi Londonda bir neçə daşınmaz əmlak alıblar. Və 2016-cı ildə bu şirkəti bağlayıblar. Başqa sözlə, şirkətin çirkli pulların leqallaşdırılması üçün açıldığını təxmin etməyə tutarlı şübhələr var.



Latviyanın biznes reyestrinin məlumatlarına əsasən Hüseynqulu Bağırovun qızı Sevinc Bağırova, bibisi qızı Aliyə Nuriyeva də həmin şirkətlərin investorları kimi qeydiyyatdan keçiblər.

“Stamina Hospitality Services” şirkətinin nizamnamə kapitalı 145 min 129 avro təşkil edir və şirkət 2012-ci ildə qeydiyyatdan keçib. Poçt ünvanı belədir: Aleksandra Čaka iela 24 - 6, Rīga, LV-1011. Digər mənbədə isə şirkətin ofis ünvanı belədir: Caunes 15, Riga, LV-1006, Latvia

Həmin hesabata əsasən Hüseynqulu Bağırovun daha bir ailə üzvü-bacısı Duriyə Nuriyevanın da Latviyada aktivləri var. O, “Nordfields Investments" adlı şirkətin səhmdarıdır. Bağırovların adında “Nordfields” sözü olan daha üç şirkəti İngiltərədə qeydiyyatdan keçib: NORDFIELDS MANAGEMENT LIMITED, NORDFIELDS HOSPITALITIES LTD, NORDFIELDS INVESTMENTS LIMITED.



Bağırovların “NORDİC STAMİNA” şirkətinin poçt ünvanı da “Stamina Hospitality Services”şirkətinin ünvanı ilə eynidir. Ancaq bu şirkətin nizamnamə kapitalı 2845 avrodur. 2011-ci il martın 23-də qeydiyyatdan keçib.

Qeyd edək ki, bir neçə il əvvəl Latviyanın “Parex Banka” adlı bankının Azərbaycan da daxil olmaqla bəzi keçmiş sovet respublikalarından çirkli pulların yuyulmasında iştirak etdiyi üzə çıxmışdı. Nəticədə Avropa Mərkəzi Bankı həmin bankın lisenziyasını ləğv etdi. Bankın Bakıda da lizinq və maliyyə xidmətləri göstərən şirkəti fəaliyyət göstərirdi. Görünür bu kimi pul yuma sxemlərində həm də keçmiş nazir Hüseynqulu Bağırovun əl izlərini axtarmaq lazım gəlirdi...



Keçmiş nazirin oğlu (Mərkəzdə, bayraqla)

Hüseynqulu Bağırov özü isə bu günlərdə yerli KİV-lərdən birinə müsahibəsində nazir vəzifəsində işləməyin özəllikləri və bu vəzifədən ayrılmasının səbəbləri barədə danışarkən demişdi: “Onu deyə bilərəm ki, stresslə dolu həyatdır. Səhhətimdə problemlər yarandı. Ölkə rəhbərinə müraciət etdim, Cənab Prezident də məsələyə həssas yanaşdı. Buna görə ona dünya qədər minnətdaram”.

Keçmiş ekologiya və təbii sərvətlər naziri düz deyir, doğrudan da streslə dolu həyat imiş...

Xəbər 1298 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +