Bir qrup vətəndaş Səhiyyə Nazirliyinin önündə etiraz etdi -VİDEO
Bu məktəbdə istilik niyə yoxdur?
Türkiyənin Azərbaycana yeni təyin olunan səfirindən Azərbaycanla bağlı paylaşım
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib
General ekspertizadan imtina etdi - Həbsdə qaldı
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi - Fotolar


27.12.2018  18:59 

İqtisadçı DGK sədrinin iddialarını darmadağın etdi





A+  A-

Tanınmış iqtisadçı Qadir İbrahimli Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin bu gün bir sıra media orqanlarının rəhbərləri ilə keçirilən görüşdə səsləndirdiyi "ölkədə monopoliya yoxdur" iddiasını darmadağın edən status yazıb.
XəzərNews.az "Səfər Mehdiyevin şəffaflıq nağılları və DGK sədrinin baş redakorlarla görüşünə sözardı" başlığı altında paylaşılan statusu olduğu kimi təqdim edir:

- Əvvəla, ondan başlayaq ki, komitə sədrinin baş redaktorlarla görüşünün özü yanlış format idi. Çünkü hörmətli baş redaktorların çoxu politoloqdur, bir hissəsi də şair. Yəni onların baş gömrükçüyə veriləsi sualları yoxdur. Görüşə baş redaktorlar yox, iqtisadiyyatdan yazan jurnalistlər dəvət olunmalı idi.
Konkret desək, Cənab Mehdiyev, qapıçısı olmayan boş qapıya yaxşıca toplar vurub. Hərçənd ki, boş qapıya vurduğu topların da hamısı sərrast olmayıb. Götürək elə gömrükdə monopoliyanın ləğvi ilə bağlı qapının yanınında, üstündən ötən zərbələri. Deyir şəffadır. Necə şəffafdır ki, ölkəyə qayıdan insanlar ailə üzvlərinin istehlakı üçün mobil telefon, siqaret gətirməyə belə icazə verilmir və "qaçaqmal" adı ilə müsadirə edilir. Nəyə görə? Çünki siqaret və mobil telefon konkret firmaların inhisarındadır və baş gömrükçü onlara xidmət öhdəliyi götürüb. Belə deyilsə, siqaret və mobil telefon idxalı ilə məşğul olan idxalçı şirklətlərin sayı və adları açıqlansın.

Anti-inhisar qanunverciliyinə görə, bazarın bir seqmentində bir şirkətin payı 35 faizdən yüksək ola bilməz. Bu baxımdan ən azı 3 siqaret, 3 mobil telefon idxal edən şirkət olmalıdır.

Necə şəffaflıqdır ki, İranla sərhəd rayonların sakinlərinin ailə istehlakı üçün gətirdiyi toyuq məhsulları "quş qripi" adı ilə müsadirə edilir? O başqa məsələdir ki, gömrüyün "qara kassası"nın bir hissəsi bu il leqallaşıb. Ancaq bu hələ islahat analamından çox uzaqdır. Uzun müddət gömrüyün "qara kassası"na şəxsən nəzarət edən cənab Mehdiyev bunu gözəl bildiyindən qapıçısı olmayan boş qapıya toplar vurmağa uğursuz cəhdlər edib.

Xəbər 1286 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.01.2025  12:25 

Azərbaycanda un yenə bahalaşdı

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?

13.01.2025  10:28 

Lənkəranda kişi meyiti tapılıb


BÜTÜN XƏBƏRLƏR +