Prezident oğluna yüksək vəzifə verdi
Bu gün AvroLiqanın püşkü atılacaq
Azərbaycanda əhalinin əsas ölüm səbəbləri
Azərbaycanda zəlzələ olub
Lənkəranda zəlzələ olub
Hindistanda istilərdən 30-dək insan ölüb
Yeni Zelandiyada güclü zəlzələ olub
Düşmən yenə atəşkəsi pozdu
Azərbaycanda Milli Qurtuluş Günüdür
“Lombard rəhbərləri camaatı incidir”


26.12.2018  11:16 

Füzulidə satış mərkəzi istifadəyə verilib





A+  A-

Prezident İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır.
Rayonda görülən işlər, həyata keçirilən tədbirlər ölkə başçısının məhz bu sözlərinə uyğun aparılır, sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün şərait yaradılır. Füzuli RİH-dən XəzərNews.az-a verilən məlumata görə, rayonda sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, məcburi köçkün ailələri üçün salınmış 9 nömrəli Qayıdış qəsəbəsi ərazisində iş adamı, fiziki şəxs Merdinli kənd sakini Kərimli Fərid Seymur oğlu tərəfindən müxtəlif növ kənd təsərrüfatı və ərzaq məhsullarının satışı nəzərdə tutulan Mandarin super marketi tikilib.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev super marketin açılış mərasimində iştirak edib. Alı Alıyevə məlumat verilib ki, ümumi sahəsi 660 kv.m olan mərkəzin qapalı köşklərində müxtəlif növ kənd təsərrüfatı məhsullarının və ərzaq məhsullarının satışı təşkil olunacaq. Burada Qayıdış qəsəbələrində məskunlaşıb yaşayan məcburi köçkünlərin, fermerlərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının, o cümlədən gündəlik tələbat mallarının satışı üçün lazım olan bütün şərait yaradılıb, alıcı və satıcılar üçün normal şərait təşkil olunmuşdur. Super marketdə Qayıdış qəsəbələrində yaşayan 28 nəfər məcburi köçkün işlə təmin olunub.

Alı Alıyev açılış mərasimində Prezident İlham Əliyevin respublikada iş adamlarına, sahibkarlara yaratdığı şəraitdən danışıb. Bildirib ki, hazırda yüzlərlə şəxs Füzuli rayonunda da sahibkarlıq fəaliyyəti ilə məşğul olur, kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər.

Açılış mərasimində iştirak edən məcburi köçkünlər füzulilərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.





Xəbər 489 dəfə oxunub.



18.06.2019  09:11 

Amerikalı aktrisa vəfat etdi

17.06.2019  10:45 

Azərbaycanda zəlzələ olub

17.06.2019  09:48 

61 yaşlı Zerrin Özer ərə getdi

16.06.2019  11:45 

Lənkəranda zəlzələ olub

16.06.2019  10:08 

Düşmən yenə atəşkəsi pozdu


BÜTÜN XƏBƏRLƏR +