Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


21.12.2018  11:09 

Ünvanlı sosial yardım alan ailələr ən çox bu rayonlardadır - SİYAHI





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli sərəncam imzalayıb.
XəzərNews.az bildirir ki, sərəncamla 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı (ÜSY) alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödəniləcək.

Bu da o deməkdir ki, ölkəmizdə 50 min ailə ünvanlı sosial yardım alır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Modern.az-a bildirib ki, sərəncam ümumilikdə hazırda ünvanlı dövlət sosial yardımı ilə təmin olunan 50 minədək ailəni (200 mindən çox ailə üzvü) əhatə edəcək və onların bayram ərəfəsi maddi təminatlarına bir dəstək olacaq.

İqtisadçı Qalib Toğrul isə bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasına yerləşdirilən məlumata istinad etsək, (işğal altında olan 7 rayonun bazaya daxil edilməyən məlumatları istisna olmaqla), 20.12.18-ci il tarixinə, 39 893 ailə ÜSY alır.



“Son illər hər il dövlət büdcəsindən ÜSY-nin maliyyələşməsinə 200 milyon manatdan az olmamaqla vəsait ayrılır. Cədvəldən də göründüyü kimi 2018-ci ilin əvvəli ilə müqayisədə ÜSY alanların sayı kəskin şəkildə azaldılıb. Vəsaitin tam xərclənmədiyi elə sərəncamdan da aydın olur. Fikir verdinizsə, sərəncamda yazılır:

“2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən…”

Maraqlı olan digər məsələ ÜSY alanların ölkə üzrə paylanması vəziyyətidir. Əvvəllər yazılmamış qaydalara görə, regionlar arasında tarazlıq gözlənilir, bir rayonun digərindən kəskin fərqlənməsinə imkan verilmirdi. İndi isə vəziyyət fərqlidir”.

İqtisadçı deyib ki, bugünə olan statistikaya görə, ən çox ÜSY alan rayon və şəhərlərin ilk onluğu belədir:

1. Lənkəran – 2433 ailə;
2. Sumqayıt – 2294 ailə;
3. Masallı – 1790 ailə;
4. Gəncə - 1631 ailə;
5. Abşeron – 1576 ailə;
6. Suraxanı – 1513 ailə;
7. Xaçmaz – 1293 ailə;
8. Şabran – 1230 ailə;
9. Qaradağ – 1196 ailə;
10. Sabunçu – 1091 ailə.

Qalib Toğrul deyib ki, ünvanlı dövlət sosial yardımı təyinində neqativ halların olmasını istisna etsək, o zaman əhalinin sayında yoxsulların xüsusi çəkisinə görə, ən yoxsul rayonumuz Şabran olmalıdır.

Ekspertin sözlərinə görə, ən az ÜSY alanların 5-liyi isə aşağıdakı şəkildədir:

1. Qobustan – 27 ailə;
2. Naftalan -59 ailə;
3. Oğuz – 68 ailə;
4. İsmayıllı – 79 ailə;
5. Zərdab – 84 ailə.

Xəbər 971 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +