AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


19.12.2018  14:19 

“Verdiyi sözə yenə əməl etmədi…” – Cavid Qurbanovun 3 ildir havadan asılı qalan vədi





A+  A-

“Cavid Qurbanov yenə verdiyi sözə əməl etmədi: Bakı-Gəncə sürət qatarının xəttə buraxılması 2019-cu ilə qaldı… Yadınızdadır yəqin, bu ilin yazında bildirilmişdi ki, sentyabrda hazır olacaq, sonra isə qeyd olunmuşdu – dekabr 2018…”
XəzərNews.az-ın məlumatına görə, bunları Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban öz “facebook” səhifəsində yazıb.

Xatırladaq ki, həqiqətən də Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri bir neçə dəfə Bakı-Gəncə sürət qatarının xəttə buraxılacağına dair konkret vaxt göstərsə də, sonradan bu vədlər həyata keçməyib. Məsələn, hörmətli Cavid müəllim hələ 2016-cı ildə 2017-ci ilin sonunadək Bakı-Gəncə sürət qatarının xəttə buraxılacağını bildirmişdi. O, jurnalistlərə açıqlamasında hətta Bakı-Gəncə sürət qatarında gedişhaqqının qiymətini də bəyan etmişdi: “Qiymət təqribən 15 manat olacaq. Qatarlarda Wi-Fi də olacaq. İnsanlar Gəncəyə 3,5 saata çata biləcəklər”.

C.Qurbanov 2017-ci ilin əvvəlində də bu vədini təkrarlamış, ilin sonuna qədər Bakı-Gəncə sürət qatarının istifadəyə veriləcəyini bildirmişdi. Ancaq 2017-ci ilin ortasında vədini yerinə yetirə bilməyəcəyini görərək, Bakı-Gəncə sürət qatarının 2018-ci ildə xəttə buraxılacağını elan etmişdi. Ancaq bu dəfə gedişhaqqı qiymətini bir qədər artıraraq. “Növbəti il Bakıdan Gəncəyə sürət qatarının fəaliyyətə başlaması nəzərdə tutulub. Qatarın paytaxtdan Gəncəyə təxminən 4 saata çatacağı hesablanıb. Bu istiqamətdə gediş haqqının 10-14 dollar və ya təqribən 20 manat olması nəzərdə tutulub. Həmçinin, bu istiqamətdə hərəkət edəcək qatarlar sərnişinlərin bütün zəruri ehtiyacları və rahatlığı üçün lazımi şəraitlə təmin olunacaq”, - C.Qurbanov vəd etmişdi.

Oxşar fikirləri 2018-ci ilboyu da təkrarlayıb. Sitat: “Bu marşrut üçün nəzərdə tutulmuş ikimərtəbəli qatarlar artıq Bakıdadır. Həmin qatarlarda sərnişinlərə həm adi, həm də xüsusi xidmət göstərilməsi üçün vaqonlar var. Hər vaqonun özünün ayrıca sanuzeli, xüsusi soyuducusu var. İçindəki su sərnişinlər üçün nəzərdə tutulur. Vaqonların başında kiçik mətbəxlər yerləşdiriləcək. Mətbəxlərdə yüngül yeməklərin verilməsini təmin edəcəyik. Vaqonlarda “Wi-Fi” quraşdırılacaq. Bu ilin sonuna qədər işə düşməsi gözlənilən Bakı-Gəncə sürət qatarı həm adi, həm də VIP otaqlara malik vaqonlardan ibarət olacaq”.

Beləliklə, 2018-ci il də arxada qaldı. Amma Bakı-Gəncə sürət qatarından hələ ki, bir xəbər yoxdur.

Ümid 2019-a qalır…

Xəbər 1823 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +