AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


19.12.2018  11:58 

Neft UCUZLAŞIR – Bəs biz nə edəcəyik?





A+  A-

Artıq bir neçə gündür ki, dünya birjalarında neft qiymətləri ucuzlaşmaqda davam edir. Dekabrın 18-dən başlayaraq, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,81 dollar ucuzlaşaraq 61,21 dollar olub. London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 1,08 dollar geriləyərək 58,53 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,99 dollar ucuzlaşaraq 48,89 dollar təşkil edib.
XəzərNews.az-ın məlumatına görə, mövzu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, neft qiymətlərinin ucuzlaşması heç də ürəkaçan deyil:

“Qiymətlərin ucuzlaşması neft gəlirlərinin azalmasına səbəb olur. Əlbəttə ki, bu da iqtisadiyyatımız üçün müsbət hal deyil. Doğrudur ki, dövlət büdcəsində nefin 1 barrelini 60 dollardan götürmüşük. Amma “Büdcə sistemi” haqqında qanuna dəyişiklik edildiyindən, neftin qiymətinin ucuzlaşmasının təsirinin çox olması gözlənilmir”.

İqtisadçı deputat neft qiymətlərinin 60 dollar və yuxarı həddə olmasının arzuolunan olduğunu bildirib:

“Məsələ burasındadır ki, əvvəllər neft qiymətləri birjalarda həll olunurdu. Amma indi tələb və təklifə baxan yoxdur. Amerika öz neftini dünya bazarlarına çıxarmaqda davam edir. Baxmayaraq, neft hasilatının azaldılması ilə bağlı qərar qəbul edilib. Amerika amili və digər rıçaqlar neft qiymətlərinin ucuzlaşmasına hesablanıb. Hazırda neft qiymətləri daha çox siyasi amillərdən asılıdır, nəinki tələb və təklifdən”.

V.Əhmədov hazırkı neft qiymətlərinin qalıcı olub-olmayacağı ilə konkret fikir bildirməyin çətin olduğunu deyib:

“Çünki dediyim kimi əvvəllər neft qiymətləri birjalarda müəyyən olunurdu. Amma indi neft siyasi alətə çevrilib. Ona görə də qabaqcadan proqnoz vermək çox çətindir. Amma neft qiymətləri ucuzlaşdıqca bizim gəlirlərimiz azalır. Bu isə iqtisadiyyat üçün yaxşı nə isə vəd etmir. Bildiyiniz kimi 2019-cu il üçün çox ciddi məsələlərin, layihələrin gerçəkləşməsi nəzərdə tutulub. Bütün bunların reallaşması üçün isə neft qiymətlərinin yüksək olması mütləqdir. Neft qiymətlərinin aşağı düşməsi neft ixrac edən ölkələrin gəlirlərinin azalmasına təsir edən amillərdən biridir”.

Parlamentari büdcəyə yenidən baxılması zərurətindən də danışıb. O bildirib ki, “Büdcə sistemi” haqqında qanun qəbul olunub:

“Qanuna görə problem yaranarsa, Dövlət Neft Fondundan əlavə transfertlərin edilməsi nəzərdə tutulub. Bu ilk dəfə olaraq, məhz bu qanunda nəzərə alınıb. Amma təbii ki, neft ixrac edən bir ölkə kimi biz istərdik ki, neft qiymətləri yüksək olsun”.

Xəbər 1058 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +