Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


13.12.2018  17:56 

Deputatlar: “İlanın ağına da lənət, qarasına da…”





A+  A-

Ermənistanda dekabrın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərin nəticələrinə görə, Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" bloku qalib gəlib.
Eks-prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçı Partiyası yeni parlamentdə təmsil olunmayacaq.

Seçkinin nəticəsinə görə, "Mənim addımım" blokunun lehinə vətəndaşların 70,43 faiz səs verib. Qaqik Tsarukyanın başçılıq etdiyi “Çiçəklənən Ermənistan” Partiyası 8,27 faiz, Edmon Marukyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” Partiyası 6,37 faiz, Daşnaksütyun 3,89 faiz, keçmiş hakim Ermənistan Respublikaçı Partiyası isə 3,7 faiz səs toplayıb.

Beləliklə, Ermənistanın yeni parlamentində 132 deputat olacaq. Hakim “Mənim addımım” bloku parlamentdə 88, onun müttəfiqləri “Çiçəklənən Ermənistan” partiyası 26, “İşıqlı Ermənistan” isə 18 nəfər deputat mandatına malik olacaq.

XəzərNews.az bildirir ki, Azərbaycan Milli Məclisin deputatları bu dəfə Modern.az-a Nikol Paşinyanın növbədənkənar parlament seçkilərində qələbə qazanmasından və Azərbaycanla bağlı hansı mövqeyi sərgiləyəcəyindən danışıblar.

Nikol Paşinyanın növbədənkənar parlament seçkilərində qələbə çalması Azərbaycanın xeyrinədir, zərərinə?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyi bir neçə dəfə baş verib.

“Ancaq onların heç birnin bizə xeyri olmayıb. Ona görə də indiki hakimiyyətdən də xeyir gözləməyə dəyməz. Sadəcə olaraq, Nikol Paşinyan məcburiyyət qarşısında qalıb anlayacaq ki, Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qüvvələrini çıxartmadan Ermənistanı hər hansı bir inkişaf yoluna aparmaq mümkün olmayacaq. Əgər onlar əvvəlki xətlə davam edəcəklərsə, Azərbaycan üçün heç nə dəyişilməyəcək. Ermənistan üçün də heç nə dəyişilməyəcək. Sadəcə olaraq təzyiqlər davam etdiriləcək. Əvvəl-axır da geniş müharibənin bərpasına gətirib çıxaracaq. Bundan isə qazanan olmayacaq”.

Deputat Nikol Paşinyanın populist olduğunu deyib: “Xalqın istəkləri ilə manipulyasiya edir. Həm də çalışır ki, ona uyğun görünsün. İndi görək, o, dövlət xadimi olacaq, ya populist lider”.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı hansı addımları atacağı hələ məlum deyil:

“Onun dövlət idarəetmə təcrübəsinin yoxluğu, professional komandaya malik olmaması yekun qərara gəlməsinə maneçilik törədir. Nikol Paşinyan müsahibələrinin birində bildirib ki, Dağlıq Qarabağ məsələsi Ermənistan üçün əsas prioritetdir. Hakimiyyətə kimin gəlməsindən və hansı məqsədlər ortaya qoymasından asılı olmayaraq o, ilk növbədə Dağlı Qarabağ problemini həll etməlidir. Əgər Paşinyan bu problem həll etməsə, sabah seçicilər qarşısında götürdüyü öhdəliklərin birini də yerinə yetirə bilməyəcək. Bu baxımdan biz istərdik ki, Ermənistandakı yeni hökumət Azərbaycanın ərazi bütövlüyü məsələsini əsas götürsün. Çünki bu, Azərbaycanla yanaşı, Ermənistanın da marağındadır. Əgər bu olacaqsa, Ermənistanın Azərbaycan və Türkiyə ilə dövlət sərhədləri açılacaq. Ermənistan bu gün tab gətirmədiyi hərbi büdcədən azad olacaq. Həmçinin Ermənistan vətəndaşları hərbi xidmətdən qorxaraq ölkəni tərk etməyəcəklər və s. Bu baxımdan Nikol Paşinyanın Dağlıq Qarabağla hansı addımları atacağı, qərar verəcəyi ilə bağlı proqnoz vermək çətindir. Ancaq onun başqa çıxış yolu da yoxdur”.

Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə qeyd edib ki, ilanın ağına da, qarasına da lənət, yəni hakimiyyətə kimin gəlməsinin Azərbaycana xeyri yoxdur:

“Ermənistanda hansı hökumətin təmsil olunur-olunsu, Azərbaycan xalqına düşməndir. Onların uşaqları doğulan kimi azərbaycanlılara nifrət hissləri oyadırlar. Onlardan heç nə gözləmək lazım deyil. İstər Nikol Paşinyan olsun, istər Sderj Sarkisyan, istərsə də Robert Koçaryan. Bizim bir yolumuz var. Ancaq müharibə yolu ilə torpaqlarımızı azad etməliyik. Başqa bir yol da yoxdur. Ermənistan hökuməti ilə danışıqlar da heç bir nəticəsini verən deyil. Nikol Paşinyan desə ki, Qarabağ Azərbaycanındır, həmin an onun “başını yeyəcəklər””.

Xəbər 1195 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +