Millimiz Xorvatiyaya qarşı
Mehriban Əliyeva Nazarbayevanı təbrik edib
80 milyard dollarlıq süni ada yaradılaca
Həyətində narkotik yetişdirən saxlanılıb
Bakıda sərnişin avtobusu yanıb
Xınalıq yolunda qar uçqunu oldu
DİM proqrama iştirakçı qəbulu elan edir
Nazarbayev getdi, o gəldi
Sabahın havası açıqlandı
“Gmail” istifadəçilərinin nəzərinə


12.12.2018  17:14 

“Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı bütün məsələlər araşdırılacaq”





A+  A-

"Azərbaycan Baş Prokurorluq tərəfindən həyata keçirilən istintaq araşdırması çərçivəsində Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı bütün məsələlər araşdırılacaq”.
XəzərNews.az-ın məlumatına görə, bunu BakuPost-a açıqlamasında Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, millət vəkili Rüfət Quliyev bildirib.

R. Quliyev deyib ki, ilk gündən Ukraynadakı səfirlik binasında əsaslı təmir məsələsinin Azərbaycan hüquq-mühafizə orqanları, Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin iştirakı ilə araşdırılmasının tərəfdarı olub: "Ötən dövr ərzində bu məsələ ilə bağlı Ukrayna mediasında xeyli neqativ məlumatlar yer aldı. Həm indiki səfir Azər Xudiyev, həm keçmiş səfir Tələt Əliyev Azərbaycanın diplomatlarıdır, onları bu vəzifələrə dövlət başçıları təyin edib. Biz gərək, soyuqqanlı olaq. Artıq bu işlə ciddi məşğuldurlar. Qarşıda Yeni il bayramı var, yəqin ki, səfirliklə bağlı məsələnin araşdırılması ay yarım- iki aya yaxın çəkəcək. Aldığım məlumata görə, Hesablama Palatasının auditorları da araşdırmada iştirak edir. Məsələ tam araşdırılacaq, nəticə ortaya çıxarılacaq. Ukrayna səfirliyi ilə əlaqədar bütün məsələlər araşdırılacaq. Çünki hər iki tərəf bir-birinə qarşı çoxlu suallar ünvanlayır. Bir tərəf deyir ki, yaxınlıqda çoxmərtəbəli bina tikildiyi üçün səfirliyin binasında çatlar yaranıb, digər tərəf başqa fikir səsləndirir. Əsas Azərbaycanın müvafiq orqanlarının bu yoxlamanı başlaması idi. Yoxsa səfirlik binası ətrafında məsələ bu qədər şişdi, partladı, nə qədər söz-söhbət oldu, mətbuat konfransları keçirildi, vaxt keçdi… Mən bunu ürək ağrısı ilə deyirəm. Yenə də taleyüklü qərarı Azərbaycan verdi. Səfirlik Azərbaycanın ərazisidir, xərclənən Azərbaycanın vəsaitidir. İndi podratçı şirkət kim olub, o başqa məsələdir. Hüquq-mühafizə orqanları istintaqı aparsınlar, kimin nə qədər günahı var, təbii ki, üzə çıxacaq. Səbir və soyuqqanlılıqla gözləyək. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müdrik siyasət aparır, müstəqil və aparıcı dövlətik. Əsas odur ki, emosiyalara uymayaq, səbirlə bütün problemləri həll edək ”.

İşçi qrupunun rəhbəri hesab edir ki, Ukraynadakı səfirlik ətrafında baş verənlər fonunda uduzan ümumilikdə azərbaycanlılar olub: "Bizim bu gün əsas məqsədimiz Ukrayna Ali Radasına seçkilərdə ən azı bir azərbaycanlının parlamentə düşməsinə nail olmaqdır. Ukraynada 300-350 min azərbaycanlının səsvermə hüququ var. Nəzərə alınsa ki, bu ölkədə 10-dan artıq partiya var, bu, kifayət qədər böyük elektorat sayılır. Biz birləşərək bu məqsəd uğrunda mübarizə aparmalıyıq”.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı Xarici İşlər Nazirliyi (XİN) tərəfindən müvafiq araşdırma aparılıb. Araşdırmanın nəticələri ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna müvafiq müraciət göndərilib. Nazirlik bildirib ki, hazırda ölkəmizin Ukrayna səfirliyində aparılan audit yoxlaması, məhz Baş Prokurorluq tərəfindən həyata keçirilən istintaq araşdırması çərçivəsində reallaşdırılır.

Xəbər 558 dəfə oxunub.



21.03.2019  12:43 

Millimiz Xorvatiyaya qarşı

21.03.2019  10:48 

Bakıda sərnişin avtobusu yanıb

21.03.2019  10:07 

Azərbaycana yaz gəldi...

20.03.2019  16:43 

Xınalıq yolunda qar uçqunu oldu

20.03.2019  13:48 

Nazarbayev getdi, o gəldi

20.03.2019  12:56 

Sabahın havası açıqlandı

20.03.2019  10:43 

Düşmən atəşkəsə əməl etmir

20.03.2019  10:21 

Çərşənbə gecəsi kafe yandı

20.03.2019  09:36 

Azərbaycan Novruzu qeyd edir

19.03.2019  19:46 

Popokatepetl vulkanı aktivləşdi

19.03.2019  17:35 

Məzənnə yenilənəcək?

19.03.2019  17:11 

Nursultan Nazarbayev istefa verdi

19.03.2019  16:12 

Generala 6 il iş istənildi

19.03.2019  15:32 

Prezidentdən həmkarına məktub


BÜTÜN XƏBƏRLƏR +