“Kim işdən çıxarılır, milyonları aşkarlanır”
Azərbaycanda tədris ili başa çatdı
“Əvvəllər Milli Məclisdə inhisarçılıq var idi”
Sabah 38 dərəcə isti olacaq
“Şəhid ailələri və qazilərimiz təhqir olunur”
Neft 38 dollardan satılır
Bu ay 10 gün qeyri-iş günü var
Qurban bayramının vaxtı AÇIQLANDI
Mehman Hüseynov xərçəngə tutuldu
Ukrayna iyunun 15-dən aviauçuşları bərpa edir


12.12.2018  11:32 

“Sabiq deputat torpağımızı zorla əlimizdən alıb…” – “Beyləqanın icra başçısı da onun qarşısında aciz qaldığını etiraf etdi”





A+  A-

Beyləqanın sabiq deputatı Ayaz Orucov ilə icra hakimiyyətinin və hüquq-mqhafizə orqanlarının bacarmadığı iddia olunur.
XəzərNews.az bildirir ki, “AzPolitika”ya müraciət edən Beyləqan Rayonu Əlinəzərli kənd sakini Əliyev Ruhid Məhəmməd oğlu rayonun sabiq deputatı Ayaz Orucov tərəfindən mülkiyyət hüququnun kobud şəkildə pozulduğunu iddia edib.

R.Əliyev məktubunda bildirir ki, 2014-cü ildə Beyləqan şəhərinin mərkəzində yerləşən və hüquqi sənədlərlə ona məxsus olan 0,2 hektar torpaq sahəsi qanunsuz olaraq, deputat tərəfindən ələ keçirilib: “2014-cü ildən Beyləqan rayonunun sabiq deputatı Ayaz Orucov Beyləqan şəhərinin mərkəzində yerləşən, bizim ailəyə məxsus olan, Əmlakın Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində qeydiyyatda olan 0,20 ha torpaq sahəmizi tutduğu vəzifədən sui istifadə edərək zorla əlimizdən alıb”.

Şikayətçi bildirir ki,deputat həmin torpaq sahəsini özünə aid böyük imarətin yer aldığı 1 hektar əraziyə qatıb. Ancaq R.Əliyevin bildirdiyinə görə, həmin imarətin özünün yerləşdiyi 1 hektar ərazi də qanunsuz olaraq zəbt edilib və əslində burada musiqi məktəbi tikilməli imiş: “Halbuki, hətta onun özü üçün imarət tikdirdiyi torpaq sahəsinə aid heç bir hüquqi sənədi yoxdur. Çünki həmin torpaq sahəsi Beyləqan rayon İcra Hakimiyyətinin qərarı ilə musiqi məktəbi tikilməsi üçün ayrılmışdır.”

R.Əliyev ona tam mülkiyyət hüququ verən sənədlərlə rayon icra hakimiyyətinə, prokurorluğa və polis idarəsinə müraciət etsə də, heç bir qurumun deputatla bacarmadığını iddia edir: “Bununla bağlı polis rəisinin, rayon prokurorunun qəbulunda olduq. Onlar bizim sənədlərimizi yoxlayaraq, haqlı olduğumuzu lakin deputat barədə heç bir tədbir görə bilməyəcəklərini bildirdilər. Keçmiş icra başçısı Vaqif Abdullayevin qəbulunda bununla bağlı dəfələrlə olmuşuq. Hətta keçən il icra başçısı mülkümüzün oliqarx Ayaz Orucovdan alınıb özümüzə qaytarılması barədə müavinlərinə göstəriş də verdi”.

Şikayətçinin dediyindən belə çıxır ki, rayonun polis rəisi də onun qanuni sənədlərini yox, deputatın nüfuzunu üstün tutub: “Biz qanunla özümüzə aid olan torpaqda müəyyən işlər aparmaq istərkən, Beyləqan rayonunun keçmiş polis rəisi Fizuli Şixəliyev və Ayaz Orucovun rayonun İcra Hakimiyyətində müavin işləyən dostu Məhəmməd Qələndərov deputatın qohumları ilə birgə əraziyə gələrək, buranı təcili tərk etməmizi tələb etdilər. Mülkiyyətə aid dövlətimizin bizə verdiyi hüquqi sənədlərə baxan polis rəisi onların qanuni olması ilə razılaşsa da, buna baxmayaraq, yenə də ərazini tərk etməyimizi istədi. Və Ayaz Orucovla razılığa gəlməmizin vacib olduğunu dedi. Əks təqdirdə, yəni, ərazidən çıxmayacağımız halda bizi həbs edərək polis şöbəsinə aparacaqlarını bildirdi. Biz də çarəsiz qalıb sənədli torpağımızı hədə-qorxu qarşısında tərk etdik.”

R.Əliyev hətta icra başçısının deputatın qarşısında aciz qaldığını etiraf etdiyini söyləyir: “Yenidən keçmiş icra başçısı Vaqif Abdullayevin qəbuluna getdik. O, bizi dinlədikdən sonra bildirdi ki, mən bacardığım qədər hüququnuzun bərpasına çalışdım, amma gördüyünüz kimi Ayaz Orucova gücüm çatmır, gedin məsələnizi mərkəzi orqanlarda həll edin.”

Şikayətçi sonda bildirir ki, yuxarı instansiyalara göndərdiyi şikayətlər də ciddi nəticə verməyib və hazırda öz qanuni torpağından məhrum olunub. Müvafiq dövlət qurumlarından əlini üzdüyünü bildirən R.Əliyev heç olmasa saytımız vasitəsilə bu haqsızlığın ölkə rəhbərliyinə çatdırılmasını istəyir və onun hüququnun bundan sonra bərpa edilməsinə ümidli olduğunu qeyd edir.
Ayaz Orucovla əlaqə yaratmaq cəhdləri baş tutmasa da, saytımız sabiq deputatın mövqeyini dərc etməyə hazırdır.










Xəbər 1002 dəfə oxunub.




02.06.2020  13:50 

Sabah 38 dərəcə isti olacaq

02.06.2020  11:09 

Neft 38 dollardan satılır

02.06.2020  10:17 

Bu ay 10 gün qeyri-iş günü var

02.06.2020  09:54 

Bu ölkə də sərhədlərini açır

01.06.2020  19:46 

AFFA mövsümü dayandırdı


BÜTÜN XƏBƏRLƏR +