Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


10.12.2018  12:36 

Nazir nikbin DANIŞDI - Ərzaq məhsulları 50 faiz UCUZLAŞACAQ





A+  A-

"Azərbaycanın kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi bu sahədə xərcləri 20-30 faiz azaltmağa imkan verəcək".
XəzərNews.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov bu gün Azərbaycanda ilk dəfə “AgTech and Green Energy” aqrar və yaşıl texnologiyalar mövzusunda keçirilən beynəlxalq forumda deyib.

Nazirin sözlərinə görə, bununla məhsudarlığın artırılmasına nail olmaq mümkün olacaq. Qeyd edib ki, bu da ərzaq məhsullarının 45-50 faiz ucuzlaşmasına gətirib çıxaracaq.

İ.Kərimov bildirib ki, bu gün ölkədə aqrar sektor iqtisadi inkişafın aparıcı istiqamətidir və son illərdə bu sahədə nəzərəçarpan nəticələr əldə olunub:

"Buna misal olaraq cari ilin 9 ayında ölkədə kənd təsərrüfatı məhsulları istehsalının 4,3 faiz artdığını göstərmək olar. Bundan başqa, Azərbaycan bu gün aqrar məhsulların ixracatçısına çevrilib".

Qeyd edək ki, Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forum keçirilir.

“Yaşıl gələcək üçün innovasiyalar” şüarı ilə təşkil edilmiş forumun əsas məqsədləri Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.

Dünyanın 15-ə yaxın ölkəsindən 40-dək xarici mütəxəssisi bir araya toplayan forum “Energetika və aqrar texnologiyaların gələcəyi”, “Aqrar və yaşıl enerji üçün texnologiyalar”, “Aqrar və energetika texnologiyaları üzrə Akademiya”, “Siyasətin təsiri”, “Yeni innovativ ekosistemlər”, “Fermerlər üçün seksiya”, “Aqrar sahə və energetika üçün biznes: AgTech sessiyası”, “Aqrar sahə və energetika üçün biznes: Green Energy sessiyası”, “Startap və innovasiya ekosistemi seminarı” panelləri üzrə keçiriləcək.

Xəbər 1177 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq


BÜTÜN XƏBƏRLƏR +