Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb
“Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır“


01.12.2018  17:46 

Bakıda manyak-pedofil azyaşlı qızları necə aldadırmış? - Qurbanlar danışdı





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızları binaların blokunda haqlayıb, onlara qarşı seksual hərəkətlər etməkdə, habelə qadınları soymaqda ittiham olunan 31 yaşlı Amil Paşayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Manyak-pedofilin barəsində cinayət işinin başlanmasına səbəb ötən ilin iyununda Kəmalə Həsənova adlı qadının çantasını “aparması” olub. Qadının polisə şikayətindən sonra A.Hacıyev barəsində axtarış elan edilib və təxminən bir ay sonra o, Xətai Rayon Polis İdarəsi 34-cü bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İstintaqın gedişi zamanı A.Paşayevin şübhəli davranışları polis əməkdaşlarında onun başqa cinayətlərdə əlinin olduğuna dair əsaslı şübhələr oyadıb. Bu səbəbdən A.Paşayevin ətrafında həyata keçirilən əlavə istintaq-əməliyyat tədbirləri ilə onun 2017-ci ilin dekabrından saxlanıldığı günə qədər Xətai rayonu ərazisində dörd azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi də müəyyənləşib.

Əsasən 9-12 yaşlı qızları izləyən A.Paşayev binaların girişində mərtəbələr arasındakı pilləkən sahələrində onlara hücum edərək seksual xarakterli hərəkətlər edib.

XəzərNews.az Virtualaz.org-a istinadən xəbər verir ki,A.Paşayev yaxalandıqdan sonra ona Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin soyğunçuluq, azyaşlılara qarşı seksual xarakterli hərəkətlər etmə və quldurluq maddələri ilə cinayət işi qaldırılıb.

Buzovna qəsəbəsində fəhləliklə məşğul olan A.Hacıyev ilk cinayətə 24 noyabr 2017-ci ildə “imza atıb”. O, Xətai rayonu ərazisində azyaşlı qızın məktəbdən evə tək getdiyini görərək onun arxasınca düşüb. Uşaq binanın blokuna daxil olduqda Amil də onunla birgə bloka girib. Pilləkənlərdə qıza yaxınlaşaraq arxadan onu qucaqlayıb. Qızcığaz qorxusundan kürəyindəki çantanı yerə ataraq qaçıb. Çantanı yerdən götürən Amil dərhal oradan uzaqlaşıb və yaxınlıqdakı parka gedərək izi itirmək üçün məktəblinin çantasını yandırıb.

Hadisədən bir ay sonra növbəti dəfə məktəbli “ovu”na çıxan Amil Əhmədli qəsəbəsindəki “Diaqnoz” Tibb Mərkəzinin qarşısında bir nəfər qızın tək olduğunu görüb və onu izləyib. Qız bloka daxil olub liftin düyməsini basmaq istədikdə ona “indi işıqlar sönəcək, liftdə qalacaqsan” deyib. Onun sözlərinə inanan azyaşlı liftə minməyib, pilləkənlərlə üzüyuxarı qalxıb. Amil qızı bıçaqla hədələyərək ona qarşı əxlaqsız hərəkətlər edib.

Sonuncu hərəkətindən “məmnun” qalan Amil növbəti qurbanını yenə də Xətai rayonu ərazisindən seçib. Bu il fevralın 17-də günorta saatlarında 10 yaşlı qızın məktəbdən evə tək qayıtdığını görüb, onun arxasınca gedib. Özündən ad fikirləşərək həyətdəki uşaqlardan “bu, filankəsinmi qızıdır?” deyə soruşub. Uşaqlardan biri isə “xeyr, onun atasının adı Camal, anasının adı Nailədir” deyib. Uşağın atasının adını öyrənən Amil qızın arxasınca bloka girib “ sən Camalın qızısan? Gəl səni öpüm. Mən Türkiyədən paltar gətirib satıram, sənə paltar gətirəcəyəm, ölçülərini götürməliyəm” deyərək qızın paltarını çıxarmaq istəyib. Uşaq qışqırınca dərhal oradan qaçaraq uzaqlaşıb.

Manyak-pedofilin 9 yaşlı qurbanı başına gələnləri belə nəql edir: ”Valideynlərim işdə olduğuna görə dərsdən çıxıb babamgilə getmişdim. Bloka girəndə qara saçlı, üzü tüklü bir oğlan da bloka girdi. Dedi ki, “liftlə qalxma, işıqlar sönəcək”. Mən də pilləkənlərlə yuxarı qalxdım. Bu vaxt kürəyimdəki çantanı geri dartaraq məni özünə doğru çəkdi. Dedi ki, “səsini çıxarsan, səni öldürəcəyəm”. Yumruqla sifətimdən vurdu. Özümdə güc tapıb qışqırıb babamı çağırdım. Oğlan da tez qaçıb getdi”.

Qurbanlardan biri – 7-ci sinif şagirdi deyir ki, hadisə baş verən gün dərsdən çıxıb evə gələrkən blokda bir nəfərlə rastlaşıb: ”Əynində qırmızı gödəkçə vardı, bloka girən kimi başındakı “kapyuşon”u çıxardı. Bir neçə pillə qalxandan sonra mənə dedi ki, “liftə minmə, indi işıqlar sönəcək”. Mən də pilləkənlərlə qalxdım. Həmin oğlan qabaqda gedirdi, mən arxadaydım. İkinci mərtəbədə dayanıb telefonunda nəyəsə baxırdı. Yanından ötüb keçəndə əlini mənə toxundurub dedi ki, “yubkan çirklənib, gəl təmizləyim”. Sonra bıçaq çıxarıb üzümə tərəf tutdu, “tərpənmə, tərpənsən bıçağı soxacam qarnına” dedi. Nə qədər dedim ki, “burax məni”, buraxmadı. Mənə dedi ki, “gələcəkdə yaxşı qız olacaqsan, gəl üzündən öpüm”. Aşağıdan blokun giriş qapısının və liftin səsi gəldi deyə, pilləkənlərlə yuxarı qaçdı”.

Qeyd edək ki, təqsirləndirilən A.Paşayev ona elan olunan ittihamlarla məhkəmədə özünü təqsirli bilməyib. O, məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər 1401 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib

28.03.2024  00:05 

Namiq Abbasov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +