Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


30.11.2018  10:07 

Əcnəbi brakonyerlər saxlanılıb





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Biləsuvar rayonu ərazisində icazəsiz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.
XəzərNews.az xəbər verir ki, araşdırma zamanı brakonyerlərin Qətər vətəndaşı Khalid Abdulla Al-tani və Səudiyyə Ərəbistanı vətəndaşı Alghamadi Ali Jameel olduğu müəyyən edilib. Onlardan adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən bəzgək quşları götürülüb və təbiətə buraxılıb. Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 5980 manat məbləğində ziyan və cərimə tətbiq edilib.

Masallı rayonunda keçirilən reyd zamanı isə icazəsiz ova cəhd edən Sığıncaq kənd sakini Amid Hacıyev saxlanılıb və ondan ov tüfəngi götürülüb. Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib olunub və ona 1000 manat məbləğində cərimə tətbiq edilib.

Xəbər 3154 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +