“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


29.11.2018  18:23 

Yeni İctimai Şura yaradıldı





A+  A-

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şura yaradılıb.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, İctimai Şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən assosiasiyalar təmsil olunur.

Məqsəd agentlikdə ictimai iştirakçılığın gücləndirilməsi, kiçik və orta biznesin inkişafı ilə bağlı görülən tədbirlər və KOBİA-nın fəaliyyəti üzərində ictimai nəzarətin təmin olunması, agentlik ilə ictimaiyyət, o cümlədən biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsidir.

Bu gün sahibkarların, vətəndaş cəmyyəti institutlarının və media nümayəndələrinin iştirakı ilə agentlik yanında İctimai Şuranın yaradılmasına dair tədbir keçirilib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış KOBİA, qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə bir sıra strateji təşəbbüslər reallaşdırmaqdadır. Bu təşəbbüslərin həyata keçirilməsi zamanı vətəndaş cəmiyyəti institutları ilə sıx əlaqələrin qurulması fəaliyyətimizin başlıca istiqamətlərindəndir.

Qeyd olunub ki, fəaliyyətə başlamasından az müddət keçməsinə baxmayaraq, agentlik yanında İctimai Şuranın yaradılması cəmiyyət – sahibkar – dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına verilən önəmin göstəricisidir. KOBİA fəaliyyətinə ictimai nəzarətin təmin olunması, qurumun fəaliyyəti barədə işgüzar dairələrin məlumatlandırılması, agentliyin fəaliyyət istiqamətləri üzrə ictimai fikrin öyrənilməsində xüsusilə maraqlıdır.

Orxan Məmmədov qeyd edib ki, İctimai Şura agentliyin fəaliyyəti və göstərdiyi xidmətlər haqqında cəmiyyətin, o cümlədən biznes dairələrin məlumatlandırılması istiqamətində effektiv tədbirlər həyata keçirəcək, sahibkarların rəy və təkliflərini araşdıracaq, xidmətlərimizin şəffaflığı sahəsində ictimai rəyi təhlil edəcək və bu sahədə olan inkişaf çağırışlarını agentliyə çatdıracaq, tövsiyələr hazırlayacaq, təkliflər verəcək. KOBİA yanında İctimai Şuranın işgüzar ruhda fəaliyyət göstərəcəyini, kiçik və orta biznesin inkişafı sahəsində görülən tədbirlər üzərində ictimai nəzarətin təmin edilməsi, cəmiyyət-sahibkar-dövlət orqanları münasibətlərində daha səmərəli tədbirlərin həyata keçirilməsinə dəstək olacağını qeyd edən Orxan Məmmədov İctimai Şuranın fəaliyyətinə uğurlar arzulayıb.

Agentlik yanında İctimai Şura barədə məlumat verən KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov qeyd edib ki, İctimai Şuraya namizədlərin seçilməz üçün seçkilərin keçirilməsi məqsədilə Seçki Komissiyası yaradılıb, bu barədə ictimaiyyət məlumatlandırılıb, İctimai Şuranın əsasnaməsi təsdiq olunub. Artıq İctimai Şuranın ilk iclası keçirilib və 15 QHT və sahibkar assosiasiyalarından ibarət agentlik yanında İctima Şura formalaşdırılıb. İctimai Şurada Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi, Arıçılar, Mebel, Tikinti Materialları, Nar, Fındıq, Şərab, Süd İstehsalçıları və İxracatçıları, Azərbaycan Sığortaçılar, Banklar, Turizm, Sahibkar Qadınlar, Mühasiblər və Risk Peşəkarları assosiasiyaları təmsil olunur. Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov İctimai Şura üzvlərinin yekdil qərarı ilə Şuranın müddətli sədri seçilib.

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov, Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri Məşhurb Məmmədov, Azərbaycan Sığortaçılar Assosiasiyası sədri Mustafa Abbasbəyli agentlik yanında İctimai Şuranın yaradılmasının sahibkarların və vətəndaş cəmiyyətlərinin kiçik və orta sahibkarlığın inkişafı, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və həyata keçirilən dəstək tədbirlərində iştirakına, agentliyin fəaliyyətinə ictimai nəzarətin gecləndirilməsinə geniş imkan yaradacağını vurğulayıblar.

Xəbər 1099 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +