Vilayət Eyvazovdan yeni rəis təyinatı
Sabah 39 dərəcə isti olacaq
Balotellinin yeni klubu açıqlandı
Türkiyədə ağır qəza - 37 yaralı
Mövqelərimiz atəşə tutuldu
Aparıcı təyyarə qəzasında öldü
Batmaq üzrə olan 3 nəfər xilas edilib
Oğuzda çayxana yandı
Bu süd məhsullarını almayın
Ata olacaqdı, balıq tutarkən boğulub öldü


27.11.2018  09:38 

Azərbaycanda problemli kreditlər necə yarandı?





A+  A-

Azərbaycanda sahibkar və fərdi şəxslərin problemli kreditlərinin məbləği region ölkələri arasında ən yüksək səviyyədədir. Qaytarılmasında çətinliklər yaranan kreditlərin həcmi ümumi kredit portfelinin 15 faizinə çatır. Bu isə dünya üzrə qəbul olunmuş 6 faizlik orta göstəricinin az qala 3 dəfə üstələnməsi deməkdir.
XəzərNews.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun fikrincə, Azərbaycanda kreditləşmə səviyyəsi heç də qonşu ölkələrdən yüksək deyil: “Düşünmürəm ki, ümumi kreditləşmənin adambaşına düşən həcminə görə, tutalım ki, Gürcüstandan öndəyik. Lakin bizdə problemli kreditlərin həcmi yüksəkdir ki, bunun da bir neçə mühüm səbəbi var”.

Mütəxəssis bildirir ki, əsas səbəblərdən biri xarici valyutada olan kreditlərin həcminin böyük olmasıdır: “Azərbaycanda xarici valyutada olan kreditlərin həcmi çox yüksəkdir. Heç bir ölkədə xarici valyutada bu qədər kredit verilməyib, o cümlədən qeyd etdiyimiz Gürcüstanda. Azərbaycanda xarici valyutada olan kreditlərin çox verilməsinin əsas səbəbi isə budur ki, banklarımız neft gəlirlərinin axını olan illərdə xaricdən 5-8 faizlə xarici valyutada, əsasən də dollarda olan vəsaitlər cəlb edirdilər. Və o vəsaitləri də Azərbaycanda dollarla kreditə verirdilər”.

Ə.Həsənov bildirir ki, ölkədə faktiki faiz dərəcələri yüksək olsa da, Mərkəzi Bankın hesabatlarında orta faiz dərəcəsi 10 faizi keçməyib: “Mərkəzi Bankın rəsmi hesabatlarında ölkə üzrə faiz dərəcəsinin 10 faizdən yüksək olmadığı qeyd edilir. Çünki bank sahibləri, inzibatçılar öz yaxınlarına kreditləri həqiqətən çox aşağı faizlərlə veriblər. Belə verilən kreditlərin məbləğləri də bir qayda olaraq yüksək olub - özü də girovsuz və uzun müddətə. Amma sadə vətəndaşlara və özlərinin adamı olmayan sahibkarlara kreditlər yüksək faizlə verilib. Beləliklə də orta kredit faizi gəlib çıxır 9-10 faizə. Uzun illər Azərbaycan bankları belə dolanırdı: özlərinə verdikləri kreditləri bir müddətdən sonra qaytarılması mümkün olmayan kreditlər kimi rəsmiləşdirib silirdilər, bankın zərərini də digər şəxslərə və sahibkarlara yüksək faizlə verilən kreditlər hesabına örtürdülər. Bununla həm də mənfəətlərinin olmadığını isbatlayaraq, vergi ödəməkdən də yayınırdılar. Devalvasiyalardan sonra bu sxem işləmədi. Çünki borcu bir neçə dəfə artan sadə vətəndaşlar, sahibkarlar ödəniş etməməyə başladılar, bu isə bankları çətin vəziyyətdə qoydu”.

Hüquqşünas əmindir ki, hazırda Azərbaycanda mövcud olan problemli kreditlərin 60-70 faizi məhz bankların idarəçi və sahiblərinin özlərinə verilmiş vəsaitlərdir: “Uzunmüddətli, aşağı faizlə, girovsuz və ya az girovla verilmiş kreditlərin hamısı qeyd etdiyim şəxslərdədir. Sadə vətəndaşın və sahibkarların kreditləri ümumi problemli məbləğin 30 faizinə güclə çatar. Bunun də bir qismi imkanı olsa belə, yaranmış vəziyyətdən istifadə edərək borcunu ödəmək istəməyənlərdir”.

Xəbər 544 dəfə oxunub.



18.08.2019  13:18 

Sabah 39 dərəcə isti olacaq

18.08.2019  12:37 

Balotellinin yeni klubu açıqlandı

18.08.2019  11:16 

Mövqelərimiz atəşə tutuldu

18.08.2019  09:53 

Oğuzda çayxana yandı

17.08.2019  15:38 

Bu süd məhsullarını almayın

17.08.2019  12:16 

Ukraynada otel yandı - 8 ölü

17.08.2019  11:09 

“Barselona” ilk turda uduzdu

17.08.2019  10:43 

İki gün qaz olmayacaq

17.08.2019  10:21 

Adriana Amerika vətəndaşı oldu


BÜTÜN XƏBƏRLƏR +