Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


24.11.2018  18:11 

Səfirin “sağ əli“ ermənilərlə çiyin-çiyinə - Kiyevdəki müəmmalı “diplomat“





A+  A-

Bir neçə gün öncə mətbuatda Azərbaycanın Ukrayndakı səfirliyində qeyri-rəsmi olaraq çalışan şəxslərlə bağlı diqqətçəkən yazı yayımlanmışdı.
XəzərNews.az Missiya.az-a istinadən bildirir ki, əsasən Şerbakova Zülfiyyə və səfirlikdə yaşadığı bildirilən Olqa adlı xanımdan söz açılan yazıda Xəyyam Həqiqətoğlu adlı şəxsdən də bəhs olunurdu. Qeyd olunurdu ki, özünü səfirliyin mətbuat katibi kimi təqdim edən, bütün rəsmi tədbirlərə səfirlə birgə qatılan X.Həqiqətoğlu əslində diplomatik missiyada heç bir rəsmi görəv daşımır və səfirliyin əməkdaşları sırasında onun adı yoxdur. İşə hansı əsaslarla cəlb olunduğu isə heç kəsə məlum deyil. Bu məqam diqqətimizi çəkdiyindən X.Həqiqətoğlunun kimiliyini bir qədər dərindən araşdırmaq istədik. Məlum oldu ki, o, rəsmi statusu olmadığı halda səfriliyinin əsas “işçilərindən” biridir və səfir A.Xudiyevin ən yaxın adamlarından hesab olunur. Ukrayndakı soydaşlarımız onu səfirin köməkçisi kimi tanıyırlar. Hətta səfirin qəbuluna düşməyə qədər bir çox məsələləri məhz X.Həqiqətoğlu həll edir. Məlumatlara görə, soydaşlarımızın səfriliyə yaxın düşə bilməməsinin əsas səbəbkarlarından biri də məhz odur. Elə isə sual olunur: Niyə X.Həqiqətoğluna səfirliyimizdə bu qədər geniş səlahiyyətlər verilib? Onu əslində kim himayə edir? Səfirliyə gətirilməsində kimin rolu olub? Bütün bu suallar hələlik öz cavabını gözləyir...



Onu da qeyd edək ki, bir neçə gün əvvələ qədər X.Həqiqətoğlu Facebook profilində iş yeri kimi Azərbaycanın Ukraynadakı Səfirliyini göstərirdi. Lakin yuxarıda qeyd etdiyimiz yazı yayımlanandan sonra X.Həqiqətoğlu Facebook-dakı informasiya bölməsində iş yerini dəyişib, “Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresi UABK” kimi göstərdi. Maraqlıdır, niyə? Görünürür səfirliklə əməkdaşlıq bağlarını tez-tələsik gizlətmək üçün ortada ciddi cəbəblər var... Yeri gəlmişkən, X.Həqiqətoğlu eyni zamanda 3 Facebook səhifəsinin adminstratorudur: Azərbaycanın Ukraynadakı Səfirliyi (Embassy of the Republic of Azerbaijan in Ukraine», ), Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresi UABK (Объединенный Конгресс Азербайджанцев Украины - ОКАУ) və AzTV-Ukrayna(AzTv-Ukraine).



X.Həqiqətoğlunun kimliyini araşdırarkən daha böyük təəccüb və təəssüf doğuran məqamlara da rast gəldik. Əlimizə onun bir neçə fotosu keçdi və şəkildəkilərin kim olduğunu dəqiqləşdirərkən, “ermənilərdi” cavabını aldıq. Əlimizdəki şəkillər Nikolayev şəhərində keçirilmiş tədbirlərin birində çəkilib. Diqqətlə baxın, X.Həqiqətoğlu erməni gənclər təşkilatının fəalları (Birinin adı Artur Baqdasaryandır - red) və erməni rəqs ansamblının üzvləri ilə birgə fotokamera qarşısına keçib. Fotolardan da görünür ki, poz verənlər arasında kifayət qədər isti və səmimi münasibət var.



Əlbəttə, ermənilərin də iştirak etdiyi hansısa tədbirə qatılmaq mümkündür. Amma ermənilərlə isti bir ortamda şəkil çəkdirib, birgə keçirilən dəqiqələri xatirələşdirmək, bax, bunu anlamaqda çətinlik çəkirik. Niyə? Hansı zərurətdən? Bir Azərbaycanlı erməni ilə çiyin-çiyinə dayanıb niyə şəkil çəkdirsin ki? Bir azərbaycanlının erməni ilə qol boyun olması hansı ehtiyacdan irəli gələ bilər axı?.. Görünür, Ukraynadakı səfriliyimizdə belə məsələlər tam normal hal kimi qəbul olunduğundan X.Həqiqətoğlu hazırda diplomatik missiyamızın əsas fiqurlarından biri olaraq “atını” sağa da çapır, sola da... Özü də hər hansı rəsmi səlahiyyəti olmadığı halda.



Hə, bax indi erməni nazir Arsen Avakova bir azərbaycanlının başqa bir azərbaycanlı barədə şikayət məktubu göndərilməsinə təəccüblənməyə bilərik. Arturla şəkil çəkdirənlərin Arsenə məktub yazmasına niyə təəccüblənək ki?..

Xəbər 1085 dəfə oxunub.



28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı


BÜTÜN XƏBƏRLƏR +