200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


23.11.2018  10:57 

Bu gün Parisdə Bakı ilə bağlı qərar veriləcək





A+  A-

Bu gün Fransanın paytaxtı Paris şəhərində Beynəlxalq Sərgi Bürosunun Baş Assambleyasının 164-cü sessiyasındakeçiriləcək səsvermə zamanı EKSPO-2025 Ümumdünya Sərgisinin təşkil olunacağı şəhər seçiləcək.
XəzərNews.az “Report”a istinadən xəbər verir ki, EKSPO-2025-in keçirilmə hüququna namizədlər arasında Bakı, Yekaterinburq (Rusiya) və Osaka (Yaponiya) şəhərləri var.

Bakı və Yekaterinburqdan fərqli olaraq Osaka 1970-ci ildə bir dəfə bu sərgini qəbul edib. Yaponiyada sonuncu Ümumdünya Sərgisi isə 2005-ci ildə Naqoe şəhərində keçirilib.

EKSPO 170-dən çox ölkənin iştirakı ilə keçirilən ən böyük beynəlxalq sərgidir. Bu ölkələr hər beş ildən bir elm, texnika, memarlıq və incəsənət sahəsində əldə etdikləri ən yaxşı nailiyyətlərini nümayiş etdirirlər.

Bundan əvvəl Parisdə Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyinə həsr olunan simpozium keçirilib.

Xəbər 1700 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +