Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


22.11.2018  10:32 

Milli-mənəvi dəyərlərimizi qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin müqəddəs borcudur





A+  A-

Azərbaycan xalqı zamanın sınağından çıxmış mənəvi və əxlaqi dəyərlərə malik xalqdır. Həmin dəyərlər sırasında ulu öndər Heydər Əliyevin mənəviyyat, mənəvi dəyərlər, mənəvi həyat və mənəvi tərbiyə haqqında ideya və düşüncələri mühüm yer tutur və yeni nəsillər üçün, insan amilinin inkişafı üçün mühüm istiqamətverici rol oynayır.
Müstəqil Azərbaycanımızın qurucusu olan Heydər Əliyev vurğulayırdı ki, Azərbaycan xalqının əsrlər boyu əldə etdiyi milli – mənəvi dəyərlər milli mədəniyyətdən, əxlaqdan, adət-ənənələrdən və digər insani keyfiyyətlərdən ibarətdir. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini , milli – mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq – deyən ümummilli lider Heydər Əliyev azərbaycançılığı milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütovlüyünə, mənəvi birliyinə nail olmuşdur.



“Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik” - mənim 2011-ci ildə çapdan çıxmış “Ümummilli lider Heydər Əliyev və Azərbaycan dili” adlı kitabım ulu öndərin bu kəlamı ilə başlayır. Kitab mənim Universitetdaxili “50+50” qrant proqramının 2010-2011-ci tədrisi ilini əhatə edən mərhələsi çərçivəsində təqdim etdiyim və qalib olmuş “Umummilli lider Heydər Əliyev və Azərbaycan dili” mövzusunda qrant layihəsinə əsasən hazırlanmışdır.



2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunduğundan bu sahəyə diqqət daha da artırılmışdır və Azərbaycan multikulturalizminin bütün dünyada təbliğinə başlanılmışdır. “Multikulturalizm ili” ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi Milli Kitabxana və Azərbaycan Respublikası Qadınlar Cəmiyyəti ilə birgə 2016-cı il 15-18 mart tarixində müxtəlif bölgələrdən toplanmış “Qurani-Kərim” kitablarından ibarət “Qədim tarixi Quran kitabları” adlı sərgi təşkil etmişdi. Mən də həmin sərginin iştirakçısı olmuş və Quran kitabları ilə tanış olmuşam. Burada vaxtilə yanmış evlərdən bir vərəqinə belə zərər dəymədən çıxarılmış, eyni zamanda müxtəlif illərə, hətta bir neçə yüz il bundan əvvələ aid Quran kitablarına baxdıqca mənəvi zövq almışam. Qeyd edim ki, Milli kitabxanada “Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı guşə də təşkil olunmuşdu. Burada Azərbaycan multikulturalizmi ilə bağlı bir çox dəyərli kitablar nümayiş olunmuşdur. Diqqətimi cəlb edən “Azsaylı xalqların folkloru”, “Xınalıq və xınalıqlılar”, “II İohan Pavel Azərbaycanda” və 2016-cı ildə çapdan çıxmış “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabları oldu. Qeyd edim ki, 2014-cü ildə mən Quba rayonunun Xınalıq kəndində oldum. 5000 illik tarixə malik Xınalıq kəndi dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir, dəniz səviyyəsindən 2000 metrdən artıq yüksəklikdə yerləşir, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
2015 - ci ildə “Kitabi-Dədə Qorqud”un görkəmli alman şərqşünası və diplomatı Henrix Fridrix fon Ditsin 1815-ci ildə alman dilinə tərcümə edərək çap etdirdiyi “Basatın Təpəgözü öldürməsi” boyu 25 dilə çevrilərək nəşr edilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bunu Azərbaycanda elan edilən “Multikulturalizm ili”nə töhfə kimi qiymətləndirir.



Ulu öndər Heydər Əliyev hər zaman ədəbiyyatımıza qayğı göstərmiş, görkəmli sənətkarların yubileylərinin keçirilməsinə diqqət göstərmişdir. Qeyd edim ki, 2013-cü ildə mənim “Ümummilli lider Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı 304 səhifəlik kitabım işıq üzü görüb. Bu kitabda da ulu öndərin şair və yazıçılarımıza, ədəbiyyatımıza qayğısı öz əksini tapmışdır.

Çin mütəfəkkirlərindən biri belə demişdir: “əgər gələcəyini bir ilə planlaşdırırsansa taxıl yetişdir, on ilə planlaşdırırsansa ağac yetişdir, yüz ilə planlaşdırırsansa insan yetişdir”. Belə bir uzaqgörən ideyanı Heydər Əliyev hələ Sovet dövründə hakimiyyətə gələrkən insan amilini ön plana çıxarıb inkişaf etdirmək üçün yüz il öncəni planlaşdırmış, bu dövrdə ölkəyə rəhbərlik edərkən hər il yüzlərlə gəncin SSRİ-nin müxtəlif şəhərlərindəki nüfuzlu ali təhsil ocaqlarına göndərilməsi, təhsil alıb ixtisaslı kadr kimi yetişməsini və bu insanların çoxunun azərbaycanlılar olması, gələcəkdə ölkəmizdə fəaliyyət göstərmələri tarixi uzaqgörənlik idi.
Milli-mənəvi dəyərlərimiz, xalqımızın böyüklüyünü və müdrikliyini ehtiva edən mədəniyyətimiz, incəsənətimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində YUNESKO-nun xətti ilə görkəmli sənətkarlar və yaradıcı ziyalıların - rəsm və heykəltəraşlıq işlərinin sərgilərdə nümayiş etdirilməsi, musiqi əsərlərinin ifası, dünyanın aparıcı ölkələrində mədəniyyət günlərinin keçirilməsi, Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında himnimizin səsləndirilməsi, bayrağımızın qaldırılması, eyni zamanda, telekommunikasiya peykimizin (Azerspace/Africasat-1) orbitə çıxarılması, Xocalı soyqırımının dünyanın 40-a qədər ölkəsində və ABŞ-ın 10-dan artıq ştatında tanınması, Azərbaycanın bütün beynəlxalq təşkilatlarda təmsil olunması və s. kimi tədbirlər Azərbaycanı, milli-mənəvi dəyərlərimizi dünyaya daha yaxından tanıtdırır və azərbaycançılıq ideologiyasının təbliğində əvəzsiz rol oynayır.
Ümummilli liderimiz bütün varlığı ilə Azərbaycana bağlı şəxsiyyət olmuşdur. O, “Azərbaycan” sözünü xüsusi qürurla səsləndirir və deyirdi: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən – Azərbaycanlıyam”.

“Milli-mənəvi dəyərlərimizi toplamaq, qorumaq, gələcək nəsillərə çatdırmaq hər birimizin müqəddəs borcudur” kimi müdrik kəlamlar dərin mənəvi tərbiyəvi fikirlərdir. Ulu öndər Heydər Əliyev mənəviyyat dedikdə, buraya insanı ucaldan, onu zənginləşdirən milli ləyaqəti, hərbi vətənpərvərliyi, milli iftixarı, milli dəyanət və vicdanı, düşmənə nifrəti, xalqımızın adət və ənənələrini, ana dilini dərindən bilməyi, milli və ümumbəşəri mənəvi dəyərlərin vəhdətinin təmin edilməsini, böyüyə hörməti, düzlük və doğruçuluq və s. keyfiyyətləri daxil edir. Heydər Əliyevin nitqlərində mənəvi dəyər ölçüsü kimi özünü göstərən vətənpərvərlik həm də azərbaycançılıq şəklində təzahür edir.
Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.



Ümummilli lider Heydər Əliyev hələ sovet dönəmində respublikada Azərbaycan dilinin əsas ünsiyyət vasitəsi kimi işlənməsinə və rəsmi dil statusu qazanmasına nail olmuşdur. Heydər Əliyev müstəqil Azərbaycanın rəhbəri kimi də milli-mənəvi dəyərlərə sadiqlik və onların yüksək səviyyədə təbliği ənənəsini davam etdirdi. Heydər Əliyev ölkədə milli-mənəvi mühiti canlandırmağa nail olmuşdu. Respublikanın rəhbərinin təşəbbüsü ilə dahi Füzulinin 500 illik yubileyinin keçirilməsi bütövlükdə poeziyamızın, mədəniyyətimizin bayramına çevrildi. 2000-ci ildə respublikamızda türkdilli dövlətlərin başçılarının, dünya qorqudşünaslarının, YUNESKO-nun təmsilçilərinin iştirakı ilə “Kitabı-Dədə Qorqud” dastanının 1300 illiyi qeyd olundu. Böyük öndərimizin mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə qayğısının ifadəsi olan bu siyahı kifayət qədər uzundur.
Qeyd edim ki, mən “Universitetdaxili 50+50 qrant layihəsi” çərçivəsində 1 qrantın qalibi, 2 kitabın – “Ümummilli lider Heydər Əliyev və Azərbaycan dili” (2011, 180 s.) və “Ümummilli lider Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” (2013, 304s.), biri xaricdə olmaqla 18 məqalənin, 17 tezisin və 3 kitabın ön sözünün müəllifi, 4 kitabın redaktoruyam. 2 fəxri fərman və təşəkkür, 10 diplom, 4-ü beynəlxalq olmaqla 20 sertifikatla, 1 ödüllə təltif olunmuşam, 1 beynəlxalq simpozium və 20 elmi konfransda məruzə ilə çıxış etmişəm.

Məqalə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu "Media və mənəvi dəyərlər” mövzusunda keçirilən müsabiqəyə təqdim olunur.


Sadıqlı Ayşən Əsəd qızı
BDU, doktorant


Xəbər 2090 dəfə oxunub.




28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +