Atəşkəs ara-sıra pozulub
Olimpiya Oyunları İtaliyada keçiriləcək
Bu maşınlar evakuasiya ediləcək
Bu şəxslərə verilən pul təminatı artırılır
Tramp Putinlə görüşəcək
Şirməmməd Hüseynov vəfat edib
Sabah 40 dərəcə isti olacaq
Təhsil Nazirliyindən dərsliklərlə bağlı çağırış
DİM sınaq imtahanı keçirəcək
Ağdamda monitorinq keçiriləcək


21.11.2018  12:43 

Mətbuat Şurasına bu saytlardan ŞİKAYƏT EDİLDİ





A+  A-

Noyabrın 20-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
XəzərNews.az-ın məlumatına görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Avropa Azərbaycanlıları Konqressinin prezidenti Sahil Qasımovun “Veteninfo.az” xəbər saytına qarşı şikayətini araşdıran Komissiya üzvləri müəyyən ediblər ki, saytda AAK və onun rəhbər strukturları barədə silsilə olaraq yayılan xəbərlərdə “Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları”nın (AJPDQ) prinsipləri pozulub, tənqidi xarakterli yazılarda qarşı tərəfin rəyi öyrənilməyib, balans gözlənilməyib, dəqiqləşdirmə aparılmayıb. Bənzər xətaların təkrarlandığını nəzərə alaraq, “Veteninfo.az” xəbər saytına MŞ tərəfindən xəbərdarlıq edilib.

Komissiya AAK-ın “Reytinq” qəzeti barədə eyni motivli şikayətini də araşdırıb. Qəzet redaktorunun mövzu üzrə izahını nəzərə alan Komissiya üzvləri narahatlıq doğuran məqamların aradan qaldırılması üçün müvafiq tövsiyələr veriblər.

“Atlas ES” MMC-nin baş direktoru İslam Abdullayevin “Azərbaycan reallığı” İnformasiya Ağentliyinə qarşı şikayəti araşdırılarkən müəyyən edilib ki, Agentlikdə MMC və onun təmsilçiləri barədə kəskin tənqidi ruhlu materiallar yayımlanıb və qarşı tərəfin mövqeyi öyrənilməyib. Materiallar birtərəfli, yalnız bir qrup şikayətçiyə istinad edilərək hazırlanıb. MMC təmsilçilərinin özlərinin təşəbbüs göstərməsi, mövqelərinin işıqlandırılmasına yönəlik cəhdləri də nəticə verməyib: İnformasiya Agentliyi onların mövqeyini dərc etməkdən boyun qaçırıb. Komissiya üzvləri qərara gəliblər ki, geniş araşdırma aparılması üçün “Azərbaycan Reallığı” İA üzrə iş MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilsin.

BDU-nun dosenti Rəşid Cabbarovun “Təzadlar” qəzetinə qarşı şikayətinin araşdırılması şikayətçinin üzürlü olaraq iclasa qatıla bilməməsi səbəbindən təxirə salınmış, müzakirə növbəti iclasa saxlanılıb.

Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovun təkrar olaraq “Demokratik.az” Xəbər Portalına qarşı şikayəti də baxılmamış saxlanılıb. Şikayətçiyə məlumat verilib ki, “Demokratik.az” Xəbər Portalının adı MŞ İdarə Heyətinin 24 oktyabr 2018-ci il tarixli qərarı ilə “qara siyahı”ya daxil edilib. Adları bu siyahıda olan KİV qurumlarından təkrar şikayətlər araşdırılmır.

Bakı şəhəri, Binəqədi rayonu Q. Bəxşiyev adina 179 nömrəli tam orta məktəbin direktoru Bayaz Novruzovanın “Femida.az” saytına qarşı şikayəti araşdırılarkən müəyyən edilib ki, şikayət ərizəsində əks olunan iddialar özünü doğrultmur. Xəbər portalının təmsilçiləri balansı gözləmiş, şikayət məktubu əsasında hazırlanmış məqaləni dərc etməzdən öncə qarşı tərəfin də mövqeyini öyrənmişlər.

“Sehirli dünya” jurnalının baş redaktoru Gülzar İbrahimovanın “BakuNEWS.az”, “Median.az”, “Xalqxeber.az” saytlarına qarşı şikayəti də araşdırılıb. Komissiya müəyyən edib ki, xəbər saytları jurnalın azyaşlı auditoriya üçün hazırlandığını nəzərə alaraq, orada yanlış anlaşıla biləcək ifadələrin dərc edilməsini tənqid ediblər. Tənqidi, ictimai mövqedən çıxış edərək sərgiləsələr də, balans prinsipini pozublar, tənqid etdikləri obyektin mövqeyini öyrənməyə təşəbbüs göstərməyiblər. Komissiya adı çəkilən xəbər saytlarının təmsilçilərinə tövsiyyə edib ki, iradları nəzərə alaraq, balans prinsipini gözləsinlər.

Xəbər 498 dəfə oxunub.



25.06.2019  11:43 

Atəşkəs ara-sıra pozulub

25.06.2019  10:08 

Bu maşınlar evakuasiya ediləcək

25.06.2019  09:16 

Azərbaycan nefti bahalaşır

25.06.2019  09:01 

Tramp Putinlə görüşəcək

24.06.2019  20:04 

Şirməmməd Hüseynov vəfat edib

24.06.2019  14:09 

Sabah 40 dərəcə isti olacaq

24.06.2019  12:32 

DİM sınaq imtahanı keçirəcək


BÜTÜN XƏBƏRLƏR +