Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


19.11.2018  10:46 

Bakıda ətin qiyməti 9 manata düşdü - VİDEO





A+  A-

Əksər yerlərdə 10 manat 50 qəpik -11 manata satılan dana əti paytaxtdaki bəzi məntəqələrdə 9 manata təklif edilir. Qiymətin birdən-birə enməsinin səbəbi qəssablar arasında yaranan rəqabət olub.
XəzərNews.az “Xəzər TV”yə istinadən xəbər verir ki, qəssablar arasında yaranan rəqabət dana ətinin qiymətini 9 manata qədər endirib. Əksər yerlərdə 10 manatdan baha satılan dana ətinin bu qəssabxanalarda ucuz olmasının bir sıra səbəbləri var.

Uzun illərdir ət satışı ilə məşğul olan paytaxt sakini Aqil Məmmədov deyir ki, qiyməti ucuzlaşdırmasının əsas səbəbi yaxınlıqda olan qəssabxanada ətin 9 manat 50 qəpiyə satılması olub.

Qəssabların dediyinə görə, ətin kiloqramını 9 manata satmalarına baxmayaraq, onlara müəyyən qədər xeyir də qalır.

Ancaq digər qəssabların dana ətinin qiymətinin birdən-birə 9 manata endirilməsinə münasibətləri birmənalı deyil. Hazırda sümüklü dana ətini 10 manat 50 qəpiyə, sümüksüzü isə 13 manat 50 qəpiyə satan qəssab Mütəllim Hacıyev isə düşünür ki, 9 manata olan məntəqələrdə kəsilən heyvan dana deyil və ya bu qiymət müvəqqəti xarakter daşıyır.

İstənilən halda qiymətin endirilməsi ən çox alıcıların üzünü güldürüb. Satıcılar qiymətlərin hələ bir müddət belə qalacağını bildirdilər.



Xəbər 1439 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +