İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


19.11.2018  10:21 

“İki ton çaxır diplomatik yük ola bilməz” - Keçmiş nazir





A+  A-

“Səfir təyin olunan şəxs ən azı ağıllı, psixoloji durumu yerində olmalıdır, işləmək bacarığı hansısa sahədə özünü göstərmiş şəxs olmalıdır. Hansısa xarici dil bilməsi mütləq tələb deyil. Çünki dünyada çoxsaylı dillər var və səfirin təyin olunduğu ölkənin yerli dilini bilməsi mütləq deyil”.
XəzərNews.az xəbər verir ki, bunu “Yeni Müsavat”a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O, bildirib ki, dünyada beynəlxalq səviyyədə işlədilən bir neçə xarici dil var ki, səfirin həmin dilləri bilməsi müsbətdir. Amma bu da mütləq tələb deyil.

“Səfir öz ölkəsinin tarixi, mədəniyyəti, müasir vəziyyəti - bir sözlə, ölkəsi haqda çox ətraflı biliyə, informasiyalara malik şəxs olmalıdır. Çünki səfirin işi dövlətini təmsil etmək, tanıtmaq, dövlətinin mövqeyini təbliğ etməkdir. Səfir işlədiyi ölkədə gedib çayxana söhbətlərini apara bilməz. Səfir, eyni zamanda, təşkilatçılıq bacarığına malik kadr olmalıdır. Çünki müxtəlif tədbirlər, ölkəsinin milli bayramlarından tutmuş, siyasi tədbirlərə, konfranslara, tanıtım tədbirlərinə qədər bir çox işləri təşkil etməli olur”.

T.Zülfüqarov bildirib ki, Cenevrə konvensiyasında səfirin hansı imtiyazlara, hüquqlara malik olduğu, ölkə qanunvericiliyində, “Diplomatik xidmət haqqında” qanunda isə hansı hüquqlara malik olduğu və hansı işlərin səfir üçün yasaq olduğu barədə aydın yazılıb: “İstər səfir, istər diplomatik heyətə aid imtiyazlar, hansı qaydalara əməl etmələri barədə qanunlarda müddəalar əksini tapır. Necə ki, qanuna görə, deputatlar və rəsmi dövlət məmurları üçün işlədiyi müddətdə bizneslə məşğul olmaq qadağandır, eyni ilə də səfir və ya diplomatik heyət üçün qadağandır”.

Tofiq Zülüfqarov İspaniyaya Azərbaycandan diplomatik yük olaraq 2 ton çaxırın aparılması barədə yayılanlar barədə də danışıb: “Əvvəla, mən başa düşmürəm 2 ton çaxırı diplomatk yük adı altında aparmaq nəyə lazım idi? Mən səfir işləyəndə biz də tədbirləri hazırlayarkən bəzi məhsulları Azərbaycandan gətirirdik. Məsələn, ət, balıq gətirirdik ki, ölkəmizin məhsulları kimi təqdim olunsun. O məhsulları Azərbaycanın Xarici İşlər Nazirliyi rəsmi diplomatik yük olaraq göndərirdi. Diplomatik yüklə hansısa biznesmenin ixrac etdiyi yük fərqlidir. Məsələn, mən xatırlayıram, Latviyada yaşayan bir azərbaycanlı biznesmen Azərbaycandan butulkalarda çaxır ixrac edirdi və Latviyada satırdı. Çaxırlar diplomatik yük olaraq gətirilmirdi. O adam qanuni yolla bu məhsulun ixracını-biznesini həyata keçirirdi. Biz ona kömək etdik ki, Azərbaycan məhsulunun tanınması və populyarlıq qazanması üçün çaxırlar diplomatik dükanda da satılsın.

Latviyada erməni konyakı və digər məhsulları diplomatik dükanlarda geniş təmsil olunurdu. Biz də səfirlik olaraq, qeyd etdiyim həmin azərbaycanlı biznesmenə gətirdiyi Azərbaycan çaxırını diplomatik dükanlarda satması üçün kömək etdik. Həmin məhsullar diplomatik dükanda yaxşı satılırdı və tanınırdı. Xüsusi qeyd edim ki, çaxır biznesi səfirin və ya səfirlikdə işləyən başqalarının biznesi, yox, bir azərbaycanlı iş adamının biznesi idi. Biz sadəcə olaraq, Azərbaycan məhsulunun təbliğinə köməklik edirdik.

Səfirlərin bir işi də ölkəsinin məhsullarını təbliğ etmək, bu işə dəstək verməkdir. Bu günlərdə ki, İspaniyaya iki ton çaxırın diplomatik yük olaraq aparılmasıbarədə məlumatların yayılması açığı, məndə təəccüb yaratdı. İspaniyaya aparılan 2 ton çaxırın həqiqətən də diplomatik yük kimi aparılması, məhsulun təbliğat üçün aparılıb-aparılmadığlı barədə dəqiq bir fikir söyləməkdə çətinlik çəkirəm. Bu hadisə çox qəribə hadisədir. Diplomatik yükün daşınması tamamilə ayrı bir xidmətdir. Bu xidmət fergyegerlər vasitəsilə aparılır. Yükün siyahısı göstərilir, yük xüsusi möhürlə bağlanır və səfir orada olan mallara nəzarət edir və imza atır. Ona görə də mən inanmıram ki, 2 ton çaxır İspaniyaya diplomatik yük kimi gətirilib. Diplomatik yükü Azərbaycanın fergyeger xidməti və Xarici İşlər Nazirliyi göndərməlidir. İki ton çaxır, məncə, diplomatik yük ola bilməz”.

Xəbər 1440 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +