“Sədərək”də yanğın oldu
Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi
Masazırda yol çökdü
41 bağça müdirinin işinə son verilib
Bu dəfə dələduzların hədəfi məşhurlar oldu
Azərbaycanda istilik tarifləri ARTIRILDI
“Melissa Park“dan daha bir NARAZILIQ
“Susuzluqdan çox əziyyət çəkirik, belə yaşaya bilmirik” - VİDEO
Şahin Şıxlinski axtarışa verildi
Kredit mütəxəssisi ailə üzvlərinin adına kredit ayırıbmış


16.11.2018  11:53 

Azərbaycanda YENİLİK - Bu şəxslərin gəlir vergisi ləğv olunur





A+  A-

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 2019-cu ildə Vergilər Məcəlləsində gözlənilən mühüm dəyişikliklər barədə məlumat verib.
XəzərNews.az xəbər verir ki, o, Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib ki, təklif olunan paket dəyişikliklər bir neçə mühüm istiqaməti müəyyən edib: “Bu da vergidən yayınmanın, kölgə iqtisadiyaytının miqyasının azaldılması sahibkarlığın inkişafının gücləndirilməsi və vergitutma bazasının genişləndirilməsidir. Belə ki, 2016- cı ildə muzdlu işlə əlaqədar onların uçota və qeydiyyata alınması ilə bağlı ölkə prezidenti tərəfindən mühüm sərəncam imzalanmışdı. Burada 30-40-a qədər istiqamət müəyyənləşmişdi. Həmin tədbirlərin planının əsas istiqamətlərindən biri olan kölgə iqtisadiyyatı olaraq onların uçota alınması üzərində işlənilməyə başlandı. Heç kimə sirr deyil ki, əmək müqavilərinin bağlanmaması, əməkhaqqının göstərilməməsi mühüm faktdır.

Bu kölgə iqtisadiyyataının genişlənməsinə ən çox şərait yaradır. Qeyd edim ki, bir qrup vergiödöyiclərinin 65 faizi sadələşdirilmiş vergi ödəyicilərdir. Burada baş verən qanunsuzluqlar nəticə etibarilə bu sahəyə bu güzəştlərin edilməsi məsələsini önə çəkdi. Təklif olunur ki, bu sahəyə 7 il müddətinə güzəşt edilsin.

Digər sahələri, yəni, neft sektorunu olduğu kimi saxlayırıq. Yəni, mövcud status kvoda saxlanılır.

Əgər biz bu günə kimi 200 manatdan 173 manat çıxıb fərqini vergiyə cəlb edirdiksə, bu dəfə 200 manatın 26 faizi vergiyə cəlb ediləcək”.

Qeyd edək ki, Vergilər Məcəlləsinə dəyişiklik vergiyə cəlb olunan məbləğin həcminin dəyişdirilməsi ilə bağlıdır. Burada aylıq əməkhaqqı 8 000 manatadək olan vətəndaşlarımızda gəlir vergisi 0 səviyyəsində müəyyənləşdirilir və təklif edilir. Əməkhaqqı 8 000 manatdan yuxarı olan məbləğə gəldikdə isə fiziki şəxslərin gəlir vergisinin 14% həcmində müəyyənləşdirilməsi təklif edilir.

Əmək haqqı ilə bağlı iki ödəniş növü - fiziki şəxslərin gəlir vergisi və məcburi dövlət sosial sığorta ödənişlərinin vahid olması təklif edilir.

Mövcud qanunvericiliyə görə, 173 manata qədər olan əməkhaqqlarında fiziki şəxslərin gəlir vergisi 0%, 2 500 manata qədər olan əməkhaqqıya görə fiziki şəxslər üçün 14%, 2 500 manatdan yuxarı olanlar üçün 25% gəlir vergisi nəzərdə tutulur.

Hər bir əməkhaqqıya ümumilikdə 26% sosial ödəniş yükü də var. Yeni islahatın təklif olunan formatında vahid vergi yükü müvafiq olaraq rəqəm 2 500 manatdan 8 000 manata qədər artırılır, fiziki şəxslərin 14%-lik gəlir vergisi isə 0% təklif edilir. Aylıq əməkhaqqı 8 000 manatdan yuxarı məbləğ isə 25%-dən 14%-ə endirilir.

Xəbər 3229 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.07.2025  18:20 

“Sədərək”də yanğın oldu

30.07.2025  16:42 

Masazırda yol çökdü

30.07.2025  15:53 

Prezident 10,5 milyon manat ayırdı

30.07.2025  12:42 

Şıxlinskinin oğlu həbsdə qaldı

30.07.2025  12:33 

DSX-dən narkotik əməliyyatı

30.07.2025  11:11 

Sərxoş kişi Kür çayında batdı


BÜTÜN XƏBƏRLƏR +