Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


13.11.2018  09:57 

Quterreşdən İsrail və Fələstinə çağırış





A+  A-

BMT Baş katibi Antonio Quterreş bir-birinə qarşılıqlı raket zərbələri endirən İsrail və Fələstini təmkinli olmağa çağırıb.
XəzərNews.az xəbər verir ki, Parisdə “France24” kanalına açıqlama verən Baş katib prosesin yaxından izlənildiyini bildirib.

O, Qəzzada yaşananları tragediya adlandırıb:

“Qəzza xalqının çəkdiyi əziyyətləri təsvir etmək mümkün deyil. Özüm bri neçə ay öncə orada idi. Gələcəkdən ümidini olmayan çoxlu sayda “məhkumun” olduğu açıq həbsxana kimidir”.

Quterreş gərginliyin qısa zamanda bitməsinə ümid etdiyini söyləyib:

“Əks-təqdirdə yeni müharibə başlayacaq və daha bir tragediya ilə qarşılaşacağıq. Bunun qarşısı alınmalıdır”.

Qeyd edək ki, son məlumatlara əsasən İsrailin Qəzzaya atdığı raketlər nəticəsində 53 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Həmas”ın İsrailə endirdiyi zərbələrdə isə 1 nəfər ölüb, 21 nəfər yaralanıb.

Xəbər 3022 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +