Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


12.11.2018  14:17 

Moskvada azərbaycanlılarla ermənilərin kütləvi davası - VİDEO





A+  A-

Qarışıq döyüş növləri (MMA) üzrə Moskvada keçirilən АСВ 90 turnirində azərbaycanlılarla ermənilər arasında dava düşüb.
XəzərNews.az xəbər verir ki, bu barədə davada iştirak edən azərbaycanlılar sosial şəbəkələrdə yazıblar. Onların sözlərinə görə, tribunada baş verən davaya səbəb erməni azarkeşlərin əllərində qondarma Dağlıq Qarabağ Respublikasına aid bayraq tutmaları olub. Azərbaycanlı azarkeşlər hüquq-mühafizə orqanları əməkdaşlarını məsələdən xəbərdar etdiklərini, lakin heç bir tədbir görülmədiyini bildiriblər:

“İlk olaraq bizimkilərdən biri ermənilər oturduqları yerə soxuldu və bayrağı ələ keçirdi. Bu zaman kütlə onu döyməyə başladı. Digər qardaşımız köməyə getdi, ermənilərlə dava etməyə başladı. Ayaqqabısı ayağından çıxdı və onu geyinmək istədikdə ermənilərdən biri onu arxadan vurdu. O isə cavabında erməninin üzünə təpiklə vurdu. Bundan sonra tribunaya OMON bölmələri daxil oldular və bizi dubinkalarla oradan itələyib çıxardılar.

Biz bildirdik ki, bayrağı yığışdırmayana kimi oranı tərk etməyəcəyik. Polis əməkdaşı onların bayrağı ilə çölə çıxana kimi gözlədik. İstədiyimizə nail olmuşduq”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan digər videolarda ermənilərin “qarışmayın, onlar azərbaycanlılardır”, “biz evə necə gedəcəyik” dedikləri eşidilir.


Xəbər 2951 dəfə oxunub.






BÜTÜN XƏBƏRLƏR +