Con Kellinin istefası təsdiqləndi
Azərbaycanda yanğınlarda 62 nəfər ölüb
Brüsseldə “sarı jiletlilər”in sayı artdı
Bakıda “Mercedes” yanıb
Prezident xəstəxanaya yerləşdirildi
Məktəbəhazırlıq müəllimləri imtahan verdi
Qurban Qurbanov istefa verdi
Sabahın havası – Yağış, külək, qar
Arvad əri bıçaqlayıb
Robert Koçaryan bu həbsxanadadır


09.11.2018  19:48 

Sabiq səfirdən ilginc açıqlamalar - “Azər Xudiyev dövlətə zərbə vurdu”





A+  A-

Azərbaycanın Ukraynadakı səfirliyinin binasının təmiri ətrafında başlayan qalmaqal səngimir. Dünən səfirlik daha bir açıqlama yayıb. Açıqlamada səfirliyin inzibati binası təhvil alınarkən, onun qəzalı olub-olmamasının qiymətləndirilməsi və binada çatların yaranma səbəbinin müəyyən edilməsi məqsədilə səfirlik tərəfindən Ukrayna Tikinti-konstruksiya üzrə Dövlət Elmi-Tədqiqat İnstitutuna müraciət edildiyini, ekspertizanın yekun rəyinə əsasən binanın zirzəmisi və damının qəzalı vəziyyətdə olduğunun üzə çıxdığı qeyd olunub.
Eyni zamanda 2007-2009-cu illərdə Səfirliklə Ukrayna vətəndaşı, "SPD Qashimova S.Q” şirkətinin təsisçisi Səbinə Həşimova arasında bağlanmış müqaviləyə əsasən Səfirliyin inzibati binasında əsaslı təmir işlərinin aparıldığı müəyyən edilib. Nəzərə çatdırılıır ki, Səbinə Həşimovanın Ukrayna vətəndaşı olduğunu və həmin şirkətin Ukraynada təsis edilərək qeydiyyatdan keçdiyini nəzərə alaraq, sözügedən müqavilənin icrasını tam təmin edilməsi məqsədilə səfirliyin müraciəti əsasında Ukrayna Baş Prokurorluğunda araşdırmalar aparılır. Yəni konkret sabiq səfir Tələt Əliyevlə bağlı prokurorluğa müraciət edilməyib. Səfirliyin bu açıqlaması ilə səfir Azər Xudiyevin ilk açıqlaması arasında ziddiyyətlər var. Çünki Azər Xudiyev açıqlamasında 2,4 milyon dolların məhz Tələt Əliyev tərəfindən mənimsənildiyini bildirmişdi.
Bu ziddiyyətlə bağlı səfirdan açıqlama almaq cəhdlərimiz baş tutmadı.

Amma keçmiş səfir Tələt Əliyev suallara cavab verməyə hazır olduğunu bildirdi. O, BakuPost-a müsahibəsində ittihamlara cavab verdi, eləcə də bəzi qaranıq məqamların üstünü açdı:

XəzərNews.az həmin müsahibəni təqdim edir:

- Azərbaycanın Ukraynadakı səfirliyinin bu ölkənin Baş Prokurorluğuna şikayət ərizəsi ilə tanış olmusunuzmu? Şikayət ərizəsində konkret sizin adınız çəkilirmi?

- Səfirliyin binası yerləşən təpəlik axım şəraitində olan təpəlikdir. Mən torpaq axınının qarşısını almaq üçün məcburiyyət qarışında qalıb bir neçə yerə suvaylar vurdurdum. 2001-ci ildə mən səfirliyin binasının bütün divarlarında böyük çatlar var idi. Həmin vaxt çatların çəkilən şəkilləri bu günə kimi məndə durur, yadigar üçün özümdə saxlayırdım. Səfirlik çox pis vəziyyətdə idi. Ona görə də ciddi vəsait lazım idi ki, səfirlik təmir olunsun. Təmir yüksək səviyyədə həyata keçirilirdi. Mən səfirliyi təhvil verib gedənə qədər təmir işlərinin 80 faizi başa çatmışdı. Səfirliyi təhvil verib gedəndən sonra təmiri məndən sonrakı səfir Eynulla Mədətli başa çatdırdı. Eynulla Mədətlinin dövründə səfirlikdə çat yaranması, keyfiyyətsiz təmir və digər problemlərlə bağlı hər hansı bir məsələ yox idi. Bu problem indi yarandı. Səbəbi bundan ibarətdir ki, səfirliyin yanında bir tikinti şirkətinə məxsus ərazi var və ərazidə yüksək mərtəbəli binalar tikmək istəyirlər. Dəfələrlə bu tikinti şirkəti mənə müraciət etmişdi, mən qətiyyətlə bunun qarşısını alırdım. Hətta məcbur olub Ukrayna Prezident Aparatına qədər müraciət etmişdim, binanın tikilməsini qarşısını aldım. İndi isə bina tikilib. Bu, 20 mərtəbədən yüksək binadır və o binanın tikintisi üçün böyük suvaylar vurulmalıdır. Bu suvayların vurulması da səfirliyin yerləşdiyi ərazidə tərpənməyə gətirib çıxara bilər. Ola bilər ki, bunun da nəticəsində səfirlik binasında çatlar yaransın. Mən o çatları da görməmişəm.

İkincisi, həmin binanın tikilməsi ilə əlaqədar olaraq səfirliyin təhlükəsizliyi bu gün sıfır səviyyəsindədir. Bu gün dünyada terrorizmin hansı səviyyədə olduğu məlumdur. Bu gün hər bir terrorçu snayper o binanın hər hansı bir mərtəbəsindən səfirliyin əməkdaşını iş otağında belə vura bilər. Hansısa yüksək səviyyəli Azərbaycan, yaxud Ukrayna məmuru səfirliyə gəlsə, bu təhlükə realdır. Yaxud mən vaxtı ilə səfirliyin həyətində ulu öndərin heykəlini qoydurmuşam. O heykəlin qarşısına gül qoyulan zaman şəxs vurula bilər. Ukrayna-Azərbaycan əlaqələrinə hər hansı bir mənfi təsir göstərmək üçün belə addım atıla bilər. Bu binanın tikilməsi səfirliyin təhlükəsizliyini sıfır səviyyəsinə endirib. Hesab edirəm ki, artıq orada səfirlik fəaliyyət göstərə bilməz, çünki təhlükəsizlik baxımından qeyri-mümkündür.

- Yəni iddia edirsiz ki, bu binaların tikilməsindən sonra səfirliyin binası qəzalı vəziyyətə düşüb?

- Bəli! Düşünürəm ki, məhz binanın tikilməsindən sonra səfirliyin binasında çatlar yaranıb, Azər Xudiyev isə başqa səbəblər axtarmağa başlayıb. Səbəbi də bunda görüb ki, guya, 2007-2009-cu illərdə, yəni mən səfir olan dövrdə aparılan təmir keyfiyyətli aprarılmayıb və təmiri aparan şirkətlə bağlı da Ukrayna Baş Prokurorluğuna müraciət edib. Bunun da nəticəsində gəlib mənim evimdə axtarış aparıblar. Məhkəmənin qərarı ilə 2002-ci ildən 1 yanvar 2018-ci ilə qədər səfirliyin blanklarını, təsərrüfat, mühasibat sənədlərini, möhürlərini, disklərini axtarırdılar. Mən dəhşətə gəldim. Mən 2010-cu ildə səfirliyi yüksək səviyyədə, salamat təhvil verib getmişəm. Mənə qarşı heç bir iddia olmayıb, təmirdən 10 il keçib, 2010-cu ildən səfir deyiləm. Belə çıxır ki, keçmiş səfirlər səfirliyi təhvil verən zaman bütün sənədləri gətirib mənim evimdə qoyublar. Anlaşılmaz bir vəziyyətdir. Bunlar hamısı Azər Xudiyev tərəfindən olunan hərəkətin nəticəsidir ki, gəlib mənim evimdə axtarış aparıblar. Bunun nəticəsində həyat yoldaşım insult keçirtdi, hamilə qızım çox pis vəziyyətə düşdü. Mənim gecələr yatmadığım günlər olub. 76 yaşımda ilk dəfə belə bir hadisəni yaşamalı oluram. İndiyə kimi nə polis, nə prokuror qarşısında durmuşam, həmişə qanuna sadiq olan insan olmuşam. İndi 76 yaşımda evimdə axtarış aparırlar. Azər Xudiyevin mənfi hərəkətlərini Ukraynada yaşayan azərbaycanlılar da görürlər. Azər Xudiyevin Ukrayna Baş Prokurorluğuna müraciət etməsi qəti şəkildə düzgün deyil. Birinci, bu, Azərbaycana, ikinci, Ukraynada yaşayan azərbaycanlılara böyük zərbədir. Digər tərəfdən, bu, diplomatik səviyyədən kənara çıxmaqdır. Azər Xudiyevin belə bir addım atmağa ixtiyarı yox idi. Əgər doğurdan da Azər Xudiyev nədənsə narazı idisə, Azərbaycan müvafiq orqanlarına müraciət etməli idi. Azərbaycanın müvafiq orqanları da səfirliyin binasında yoxlama aparıb, sonra fikirlərini deyə bilərdilər.



Bir məqamı da deyim. Görəsən, Azər Xudiyev səfirliyin binasının yaxınlığında niyə o yüksəkmərtəbəli binanın tikilməsinə icazə verib?! Həmin bina ilə səfirliyin binası arasında 50 metr məsafə yoxdur. Divarın bu tərəfi yüksəkmərtəbəli yeni bina, o üzü səfirliyin binasıdır. Eynulla Mədətli də səfir olduğu dövrdə binanın tikilməsinə yol vermədi. Bəs indi niyə, hansı marağa görə bu bina tikildi?

- Səfir olduğunuz dövrdə tikinti şirkəti binanın tikintisinə icazə verməyiniz üçün hansısa formada sizə pul, hədiyyə təklif etmişdi?

- O dövrdən 12 il keçib, yadımda deyil. Bilsəydim ki, belə bir şey olacaq, o dövrdə bunların hamısını götürüb yazardım.

- Belə başa düşmək olar ki, səfirliyin şikayətində konkret sizin adınız yazılmayıb, sadəcə, şirkətlə bağlı iş araşdırılarkən sizin də evinizdə axtarış aparılıb...

- Bəli. Ancaq prokurorluğa şikayətdə ancaq 2007-2009-cu illər qeyd olunub. Çünki Azər Xudiyevin mənə qarşı şəxsi qərəzi vardı. Azər Xudiyev vaxtı ilə mənim diplomatım olub, o zaman çox pis işləyirdi, diplomata aid olmayan hərəkət edirdi. Mən də məcbur qalıb, Xarici İşlər Nazirliyinə onun haqqında yazıb göndərirdim. Azər Xudiyev də səfir təyin ediləndən sonra məndən qisas almağa başlayıb. Orada, burada deyir ki, Tələt Əliyev 15 il içəri basdıracam. Axmaq-axmaq işlərlə məşğul olur. Ukrayna-Azərbaycan əlaqələrini inkişaf etdirmək, diasporu birləşdirib gücləndirmək, bu sahədə Prezidentin siyasətini həyata keçirtmək əvəzinə belə işlərlə məşğul olur. Bu gün Ukraynada diaspor təşkilatları da çox pis vəziyyətdədir. Bu gün Azər Xudiyevin diaspor təşkilatlarının heç biri ilə normal münasibəti yoxdur.

- Səfir olduğunuz dövrdə səfirlikdə diplomat kimi çalışan Azər Xudiyevin diplomata yaraşmayan hərəkətlər etdiyini bildirirsiniz... Söhbət nədən gedir?

- Azər Xudiyevin Ukrayna Baş Prokurorluğuna müraciət etməsi də Azərbaycan diplomatına, səfirinə yaraşmayan hərəkətdir. Səfirlik də, təmirə ayrılan pul da Azərbaycanındır. O halda niyə bu məsələnin araşdırılması ilə Ukraynanın orqanları məşğul olmalıdır?

- Yeri gəlmişkən, səfirliyin son açıqlamasında Ukrayna Tikinti-konstruksiya üzrə Dövlət Elmi-Tədqiqat İnstitutuna müraciət edildiyini, binanın əsaslı təmir olunmadığını bu İnstitutun ekspertlərinin üzə çıxardığı bildirilir. Bu rəyə şübhə ilə yanaşmaq nə dərəcədə düzgündür?

- Mən bunu düzgün saymıram. Necə olur, səfir kimi fəaliyyətim başa çatan zaman təmir başa çatmamışdı. Necə oldu ki, 2007-2009-cu ildə təmirin yaxşı olub-olmadığı ortaya çıxdı?! Əgər doğurdan da binada yaxşı təmir aparılmamışdısa, təmir işləri 2015-2016-cı illərə qədər davam edirdi, o zaman problemləri aradan qaldırardılar. Adi məntiq bunu deyir. Sadəcə, Azər Xudiyevin şikayət ərizəsində təmirlə bağlı 2007-2009-cu illəri göstərməsi mənə sataşmaq, məni ləkələməyə cəhd etməkdir. Mənim səfir olduğum dövrləri göstərməsi birmənalı məndən qisas almaq məqsədidir.

- Bakıda bəzi deputatlar, ictimaiyyət nümayəndələri sizi mətbuat konfransı keçirməyinizə görə qınayır. Deyirlər ki, gərək, Tələt Əliyev mətbuat konfransı keçirib Azərbaycanın adını elə hallandırılmasına, ermənilərin əlin bəhanə düçməsinə, dünyanı bizə gülməsinə şərait yaratmazdı... Bunu iradla razılaşırsınız?

- Mən bu mətbuat konfransını keçirməyə, özümü qorumağa məcbur oldum. Mənə belə xəbərlər gəlirdi ki, iki gündən sonra məni tutacaqlar. Mən özümü qorumaq üçün bu hərəkəti etməli oldum. 76 yaşımda həyatımda birinci dəfədir ki, mən və ailəm belə halı yaşamalı oluram. Mənə və ailəmə böyük zərbə vuruldu. İnanın ki, qonşuların yanında böyük hörmətə malik bir insan olduğum halda indi həyətə utana-utana çıxıram. Düşünürəm ki, bu insanlar mənim haqqımda nə fikirləşir, nəyə görə evimdə 10 saata qədər axtarış aparılmalı idi. Eyni zamanda mənim həyat yoldaşıma aid olan şirkətin sənədlərini götürüb apardılar.

- Şirkət demiş, Azər Xudiyev Azərbaycan KİV-lərindən birinə müsahibəsində demişdi ki, siz Azərbaycan üçün otel tikdirmək adı altında səfirliyə məxsus mülkləri və pulları həyat yoldaşınızın adına keçirmisiz. Onu da əlavə etmişdi ki, səfir təyin olunan kimi həmin mülkləri Azərbaycan dövlətinin adına keçirib, biri qalıb, onu da Azərbaycan dövlətinin adına keçirəcək. Bu, nə dərəcədə düzgündür?

- Bu, hamısı mənə qarşı elementar böhtan və şantajdır. Mən evimi də səfirlikdə təmir başlamamışdan qabaq almışam. Səfir olmayan dövrdə də mənim yaxşı imkanım olub, yaxşı işlərlə məşğul olmuşam. Mənim dövlətin cibinə girməyə heç bir ehtiyacım olmayıb, özümün imkanım olub. Bakıda da 2001-2002-ci illərdə evimi tikdirmişəm. Kiyevdəki evimi də 2005-ci ildə tikdirmişəm. Deyilənlərin hamısı böhtandır. Burada mənim elə bir obyektim, gəlir gətirəcək müəssisəm də yoxdur ki, əlimdən alsınlar. Bir müəssisə var ki, həyat yoldaşım o müəssisənin 5-6 təsisçisindən biridir. Yəqin, o müəssisəni nəzərdə tutur. Gərək, mənim müəssisəm olsun ki, alınsın. Digər tərəfdən, hər hansı müəssisənin alınması üçün də hansısa əsas olmalıdır. Olmayan bir şeyi necə almaq olar. Bir məqamı da deyim. Ukrayna Baş Prokurorluğuna yazılıb ki, 1 milyon 500 dollar ziyan vurulub. Azər Xudiyev KİV-ə müsahibəsində isə deyib ki, təmirlə bağlı 2 milyon 400 min dollar mənimsənilib. Bir yerdə də deyib ki, 1 milyon 900 min dollardan söhbət gedir. Həm də 10-12 il əvvəl olmuş təmiri necə yoxlamaq olar?! Sadəcə, yaxınlıqdakı yüksəkmərtəbəli binanın tikintisi ilə bağlı səfirlik binasında yaranmış problemin üzərini örtmək üçün məcburdur ki, belə şantaj addımları atsın.

- Mətbuat konfransından Bakıdan dövlət orqanları, rəsmilər sizə zəng açıb, maraqlanıblarmı?

- Heç bir zəng olmayıb.

- Bu gün vəziyyət necədir? Sizi prokurorluq incitmir ki?

- Hələ sakitlikdir, oturub gözləyirəm. Yəqin ki, prokurorluq tərəfindən hansısa hərəkət olsa, məcburam ki, özümü müdafiə etmək üçün hanıssa bir addımları atacam.

Xəbər 401 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.12.2018  10:46 

Con Kellinin istefası təsdiqləndi

09.12.2018  09:54 

Bakıda “Mercedes” yanıb

08.12.2018  15:42 

Qurban Qurbanov istefa verdi

08.12.2018  13:36 

Azərbaycan nefti bahalaşdı

08.12.2018  12:48 

Arvad əri bıçaqlayıb

08.12.2018  12:24 

Robert Koçaryan bu həbsxanadadır

08.12.2018  10:45 

Sürücülərin nəzərinə

08.12.2018  08:46 

Fukusimada zəlzələ oldu

07.12.2018  16:28 

Əsgər özünü güllələyib


BÜTÜN XƏBƏRLƏR +