Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


25.10.2018  15:17 

Çoban ferma sahibinə silah çəkdi





A+  A-

İyulun 27-də Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisindəki fermaya gəlmiş Qıraq Kəsəmən kənd sakini Abil Əliyev münaqişə zəminində fermanın sahibi Cəmil Əliyevi tapançayla öldürəcəyi ilə hədələyib.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, C.Əliyev onun əlindən tapançanı almağa cəhd göstərərkən 1 dəfə atəş açılıb, xəsarət alan olmayıb.

Görülmüş tədbirlərlə A.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb, hadisəni törədərkən istifadə etdiyi tapança və içərisində 3 ədəd patron olan patron darağı, habelə 1 ədəd giliz götürülüb, bu zaman onun sərxoş halda olması müəyyən edilib.

Araşdırmalarla A.Əliyevin qeyd edilən tapançanı Ağstafa şəhər sakini Qurban Yusifova məxsus Poylu kəndi ərazisindəki çoban işlədiyi fermadakı dolabdan tapması müəyyən edilib. Q.Yusifov Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. O, qeyd edilən “Beretta 1934” markalı silahı tapdığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hər iki şəxs məsuliyyətə cəlb edilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

Xəbər 3209 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +