Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


24.10.2018  17:11 

Parlament Paşinyanı baş nazir seçmədi





A+  A-

Ermənistan parlamenti bu gün baş tutan xüsusi iclasında yeganə namizəd olan Nikol Paşinyanı baş nazir postuna seçməyib.
XəzərNews.az erməni KİV-nə istinadən xəbər verir ki, onun namizədliyi leyhinə heç kim səs verməyib, əleyhinə isə cəmi bir nəfər səs verib. Paşinyana seçilməsi üçün 53 səs lazım olub.

Nikol Paşinyan namizədliyinin seçilməsi və seçilməməsi üçün deyil, növbədənkənar parlament seçkiləri ilə bağlı spekulyasiyadan qaçmaq üçün irəli sürüldüyünü bəyan edib.

Qeyd edək ki, Paşinyan özü oktyabrın 16-da istefa verib. İstefasında məqsəd isə dekabrda erkən parlament seçkilərinin keçirilməsinə zəmin hazırlamaqdır. Ölkə konstitusiyasına əsasən, parlament o halda buraxıla bilər ki, əgər iki dəfə hökumət başçısını seçmək mümkün olmasın. Son cəhd bir həftə sonra baş tutacaq.

Xəbər 3259 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +