Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


19.10.2018  22:53 

Rüfət Aslanlı Fransada hektarlarla torpaq alıb





A+  A-

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin keçmiş sədri və Maliyyə Bazarlarına Nəzarət Palatanın sabiq başçısı Rüfət Aslanlının Fransada çoxmilyonlu mülkiyyətə sahib olduğu üzə çıxıb.
XəzərNews.az-ın Virtualaz.org-a istinadən verdiyi məlumata görə, R.Aslanlı dövlət qulluğunda işlədiyi dövrdə elit şərab istehsalı ilə məşğul olub. Məmur Fransada Jironda vadisində, Qaronna çayının kənarında üzümlüklər və bahalı torpaq sahələri alıb.

Rüfət Aslanlının Fransanın cənub-qərbində enoloqların və dequstatorların daimi ştatda olduğu üzümlükləri və müasir çaxır zavodu var.



Fransada istehsal edilən şərabların vahid reyestrində göstərilir ki, Rüfət Aslanlının çaxır zavodu Maison d`Aslanli Bordeaux markası altında Cabernet Sauvignon, Cabernet Franc və Merlot şərabları buraxır. Özü də ekspertlər Rüfət Aslanlının nəfis şərablarını mütləq qızardılmış mal, maral və vəhşi quş əti ilə içməyi məsləhət görürlər.

Maraqlıdır ki, Rüfət Aslanlının şərabları açıq satışda yoxdur. Bu, onların yalnız çox yüksək qiymətə olduğuna dəlalət edir və bu səbəbdən də fərdi sifarişlər əsasında yayılır.



Qeyd edək ki, bir müddət əvvəl R.Aslanlı ölkə rəhbərliyinin qərarı ilə tutduğu yüksək vəzifədən kənarlaşdırılıb. Məlumata görə, hökumət maliyyə bazarlarının və ölkə bank sisteminin sabitliyi üçün məsuliyyət daşıyan Palata başçısının korrupsiya fəaliyyətinə şahidlik edən təkzibedilməz sübutlar əldə edib.



Xəbər 1612 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +