“Nəsimi” bazarı sökülür
Almaniya iqtisadiyyatı ilk dəfə gerilədi
Sabah hava necə olacaq?
Ali Məhkəmədən Gözəl Bayramlıya güzəşt
Sumqayıtda “Karvan” yenə də yandı
Bu şagirdlər üçün bəzi qaydalar dəyişdi
Yeni qalaksiya kəşf edildi
Rusiya Davosdan imtina etdi
Göz hərəkəti ilə idarə edilən televizor hazırlanacaq
Nazir müavini vəzifəsindən azad edildi


17.10.2018  14:32 

DİN yeni şəxsiyyət vəsiqələri ilə bağlı tədbir görməyə çağırdı





A+  A-

Xəbər verildiyi kimi, cari il sentyabr ayının 1-dən ölkədə yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılıb. Qanunvericiliyə əsasən onun əsas özəlliklərindən biri də həmin sənəd sahibinin yaşayış yeri, ailə vəziyyəti və hərbi vəzifəsi barədə dəyişə bilən məlumatların elektron daşıyıcıda (çipdə) yerləşdirilməsidir.
Şəxsiyyət vəsiqəsinin çipində göstərilən məlumatların oxunması üçün nəzərdə tutulmuş xüsusi fayllar ötən aydan Daxili İşlər Nazirliyinin, eləcə də Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytlarında yerləşdirilərək istifadə qaydası barədə ətraflı məlumat verilsə də, təəssüf ki, əksər istifadəçilər elektron şəxsiyyət vəsiqəsi məlumatlarının oxunması üçün zəruri tədbirlərin görülməsinə nədənsə təşəbbüs göstərmir, nəticədə onlara həmin sənədlə müraciət edən vətəndaşlara xidmət göstərə bilmədiklərinə görə sonuncuların haqlı narazılığına şərait yaradırlar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən XəzərNews.az-a verilən məlumatda bildirilib.

Bununla əlaqədar, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi aidiyyəti orqanlara, o cümlədən mülkiyyət növündən, təyinatından və idarəetmə formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatlara, bank-maliyyə qurumlarına, digər hüquqi və fiziki şəxslərə bir daha müraciət edərək onları yeni nəsil şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipdə) yerləşdirilmiş məlumatların oxunması, həmçinin vətəndaş məmnunluğunun təmin edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırır.

Bu məqsədlə hüquqi və fiziki şəxslər zəruri faylları Daxili İşlər Nazirliyinin (www.mia.gov.az) və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (bpqmi.gov.az) rəsmi internet saytlarında yerləşdirilmiş (https://mia.gov.az/?/az/news/view/1237/) və (http://www.bpqmi.gov.az/?/az/news/view/117/) linklərindən yükləyərək istifadəçi təşkilatın (fiziki və hüquqi şəxsin) istifadə etdiyi proqram təminatına inteqrasiya etməklə vəsiqə sahibi barədə məlumatları xüsusi qurğu (çip rider) vasitəsilə oxuya və zərurət olduqda eksport edə bilərlər.

Xəbər 426 dəfə oxunub.




14.11.2018  16:05 

Polis 15 avtoşu saxladı

14.11.2018  15:46 

“Nəsimi” bazarı sökülür

14.11.2018  13:28 

Sabah hava necə olacaq?

14.11.2018  10:07 

Yeni qalaksiya kəşf edildi

14.11.2018  09:54 

Rusiya Davosdan imtina etdi

13.11.2018  18:32 

Məzənnə yeniləndi?

13.11.2018  16:49 

Putin Sinqapura səfər edib


BÜTÜN XƏBƏRLƏR +