Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


16.10.2018  12:07 

Trampın müşaviri Cənubi Qafqaza niyə gəlir?





A+  A-

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Bakı da daxil olmaqla, Moskva, Yerevan və Tiflisə səfəri ilə bağlı maraqlı iddia ortaya atılıb. Belə ki, Bolton Cənubi Qafqaz ölkələri liderlərini İranı dəstəkləməkdən imtina etmək üçün inandırmağa çalışacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə “Dailystorm”a Rusiyanın ABŞ-da yerləşən diplomatik missiyasındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, Boltonun Qafqaz turuna çıxmasının əsas səbəblərindən biri ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarla əlaqəlidir.

Xatırladaq ki, Vaşinqton 2018-ci ildə Tehranın bəzi qərb ölkələri, o cümlədən Birləşmiş Ştatlarla imzaladığı nüvə sazişindən imtina edib. Mənbə bildirir ki, indi Bolton Azərbaycan, Gürcüstan və Ermənistana səfər edərək həmin ölkələri İranla əməkdaşlıq etməməyə və ondan neft və qaz almamağa inandırmağa çalışacaq.

Mənbə bunun Yerevan üçün o qədər də asan məsələ olmayacağını deyir. Çünki məhz İranın hesabına Ermənistan enerji məsələsində Rusiyanın tam asılılığından çıxmağı planlaşdırır. Tehran Ermənistanın azad iqtisadi zonalarında gündəlik gücü 200 min barrel olan neft emalı zavodu tikmək istəyir. Bu barədə ötən gün İran parlamentinin planlaşdırma və büdcə üzrə komissiyasının üzvü Hadi Qavami açıqlama verib. Bu yolla da, İslam Respublikası ABŞ sanksiyalarından yan keçməyə hazırlaşır.

Xəbər 3512 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +