Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


16.10.2018  09:27 

“Avropa İttifaqı ilə uzunmüddətli fəaliyyət göstərmək istərdik”





A+  A-

“Azərbaycan bu il, həmçinin bərabər tərəfdaşlıq prinsiplərinə və ümumi maraqlara əsaslanan Azərbaycan-Aİ ikitərəfli razılaşmasında daha da irəliyə gedib.
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri cənab Elmar Məmmədyarovun Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı bildirib.

Nazir bildirib ki, 2018-ci il Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq gündəliyin inkişaf etdirilməsi baxımından çox məhsuldar bir ildir:

“Bu yaxınlarda Azərbaycan - Aİ Tərəfdaşlığı Prioritetləri sənədinin qəbul olunması ikitərəfli əlaqələrimizdə ən mühüm mərhələdir. Bu sənədin 2018-2020-ci illər üzrə sektoral əməkdaşlığımız üçün lazımı çərçivəni təmin edəcəyinə inanıram. Amma biz burada dayanmaq istəmirik və mən biz deyərkən Aİ, onun üzv ölkələri və Azərbaycanı nəzərdə tuturam; hədəfimiz 2020-ci ildən sonranı əhatə edir. Biz Avropa İttifaqı ilə orta və uzunmüddətli öngörülə bilən şəraitdə fəaliyyət göstərmək istərdik”.

Xəbər 3560 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +