200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


15.10.2018  10:26 

Güləşçimiz Olimpiya çempionu oldu





A+  A-

Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş yarışlarına yekun vurulub.
XəzərNews.az xəbər verir ki, sərbəst güləşçimiz Turan Bayramov (65 kq) mübarizəyə A qrupunda start verib. Dünya və Avropa çempionu ilk görüşdə Yeni Zelandiya təmsilçisini elə ilk hissədə çətinlik çəkmədən məğlub edib. Bayramov Pakistan güləşçisinə də rahat qalib gəlib və A qrupunda 1-ci yeri tutub. Beləliklə, Turan Olimpiadanın finalına vəsiqə qazanıb.

Həmyerlimiz finalda B qrupunun qalibi olan iranlı pəhləvanla qarşılaşıb. Dünya çempionatının yarımfinalında 8:2 hesabıyla qalib gəldiyi güləşçiylə Olimpiadanın həlledici görüşündə üz-üzə gələn Bayramov ilk hissəni 4:0 hesabıyla öndə bitirib. İkinci hissədə də təşəbbüsü əldən verməyən Turan olimpiya çempionu olub.

A qrupu
Turan Bayramov - Tahi Pehi Eynsli Uesterli (NZL) 10:0
Turan Bayramov - İnayət Ullah (PAK) 8:0

FİNAL - Turan Bayramov - Məhəmməd Baqi Kərimiseyfabad (İRİ) 6:1

Xəbər 1855 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +