Paşinyan min dollar mükafat vəd etdi
Bir sutkada nə qədər adam yoluxub?
Türkiyə Prezidenti məcburi köçkünlərə çağırış etdi
Müdafiə Nazirliyi hərbi xidmətə qəbul elan etdi
Sabah Bakıda 35 dərəcə isti olacaq
Bu yollar tam bağlıdır - Rəsmi
Abituriyentlərin nəzərinə!
Kosmik Agentliyinə sədr təyin olundu
Bu günün yoluxma sayı açıqlandı
Çingiz Mustafayevin anım günüdür


13.10.2018  14:49 

İstirahət günü yağışlı keçəcək





A+  A-

Azərbaycanda oktyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacaq, günün ikinci yarısında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 13-15°, gündüz 17-20° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Havanın temperaturunun gecə 8-13°, gündüz 21-26° isti təşkil edəcəyi proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Havanın temperaturu gecə 4-9°, gündüz 11-16° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 18-23° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman. Havanın temperaturu gecə 7-12°, gündüz 15-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarının gecə və səhər bəzi yerlərində yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Havanın temperaturu gecə 12-17°, gündüz 19-24° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16°, gündüz 18-23° isti, dağlarda gecə 6-11° isti, gündüz 12-17° isti təşkil edəcək.

Bölgələrdə əsasən şərq küləyi əsəcək.

Xəbər 1101 dəfə oxunub.




16.06.2021  17:45 

UEFA prezidenti Bakıya gəldi

16.06.2021  13:38 

Bu yollar tam bağlıdır - Rəsmi

16.06.2021  13:22 

Şuşa Bəyannaməsinin - Tam mətni

16.06.2021  12:09 

Abituriyentlərin nəzərinə!

16.06.2021  11:37 

Ronaldo AÇ-nin tarixinə düşdü

16.06.2021  10:15 

Neft 75 dollara yaxınlaşır


BÜTÜN XƏBƏRLƏR +