İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


13.10.2018  13:07 

“Cin” (7-ci) mikrorayonda





A+  A-

Ötən gün tanışlardan biri ağzı köpüklənə-köpüklənə “gördün, dağıstanlı Həbib neylədi, döyüşü qalibiyyətlə başa vurandan sonra üç dəfə “Əlhəmdülillah” deyib, amerikalıların atasını yandırdı” deyəndə bir daha əmin oldum ki, əksəriyyətimizdə saxta müsəlman təəssübkeşliyindən savayı heç nə yoxdur. Bizlər şərti olaraq “müsəlman” kodu ilə “invertarlaşdırılmış” qeyri-müsəlmanlarıq, müsəlman deyilik – inciməyə gərək yox, çünki bu, həqiqətin özüdür. “Müsəlman” o şəxsə deyilir ki, qeyriləri onun əlindən və dilindən amanda ola, yəni ziyan çəkməyə, haqqı-nahaqqa, həqiqəti gümanlara qurban verməyə. İslamın ana qayəsi, Quranın alt və üst qatında şifrələnmiş bəşəri fəlsəfəsi də budur. O şeylər ki, onun əksəriyyətinə əməl etmirik – öz çirkin niyyətlərimizə görə oğurlayırıq, talayırıq, kimə gəldi haqq-nahaq divan tuturuq, yaxud da zalımın zülmünə dözürük və s., sonra da deyirik ki, biz müsəlmanıq. Hələ azmış kimi, qeyri-müsəlmanları “diksindirmək” üçün ara-sıra gur səslə “Allahu-Əkbər” də deyirik.
Niyə anlamaq istəmirik ki, həmən o qeyri-müsəlmanlar bizlərdən bütün mənalarda ən azından bircə addım da olsa, öndədirlər. Çöxlarının bəyənmədiyi Qərbdə, Avropada dövlətin heyvanına verdiyi dəyəri bizlərdə bəzən insanın özünə belə vermirlər. Bunu isbatlamağa ehtiyacmı var? Sağına-soluna baxmaq kifayətdir ki, real mənzərə aydın görünsün. Sizləri deyə bilmərəm, şəxsən mən, ərəblərin Bakıdakı murdarlığını görəndən sonra yəhudilərə hörmətim birə-beş artdı. İsrailin ərazisi ərazimizdən kiçik, təbii ehtiyatları bizimkindən müqayisəyəgəlməz dərəcədə az, amma… Amması budur ki, bu ölkədə bircə nəfər də olsun xərçəng xəstəsi yoxdur, bizdə isə insanlarımızın canını, hətta xəstəxanalarımızn divarlarını da bu amansız xəstəlik bürüyüb. Sənin ən yüksək ranqlı məmurların canına can qatmaq üçün İsrailə üz tuturlarsa və sən canını sarmış xəstəlikdən için-için qovrulursansa, o zaman öz məqamını özün təyin et – aciz durumunu seyr etdikcə “Əlhəmdülillah” deyib özünə saxta təsəlli ver. Dəyərlərin itdiyi yerdə heç nəyin dəyəri olmur, bəylər! O gün “cin”(lər) yaşadığım 7-ci mikrorayonda qəfil zühur edəndə buna bir daha əmin oldum.
Balkonda təmir işləri aparmaq istəyimlə bağlı olaraq, bunun hansı zərurətdən qaynaqlandığını bir ay əvvəl 80 saylı Mənzil İstismar Sahəsinin (MİS) rəisinə ərizə ilə bildirdim. Qeyd etmişdim ki, uzun illər öncə dəmir konstruksiya və şüşəbəndlə yığılmış balkon artıq tam yararsızdır - güclü külək əsərkən, hətta uçmaq təhlükəsi vardır. Balkonun binanın arxa fasadında yerləşdiyini və yardımçı yoldan 15-20 m aralıqda olduğunu, yəni təmir işləri aparılarkən insanların sərbəst hərəkətinə heç bir maneə yaratmayacağını, balkonun azacıq fərqlə ilkin formasına uyğun müasir formada yığılmasının nəzərdə tutulduğunu və binanın ümumi mənzərəsinə (təəssüf ki, bir çoxlarından fərqli olaraq) heç bir xələl gəlməyəcəyini vurğulamışdım. Dövlət bu mənzili mənə verərkən balkonun hər iki tərəfə və önə azacıq olaraq çıxıntılı yığımış vəziyyətdə olduğunu zəruri qeyd kimi diqqətə çatdırmışdım.
Balkonu yığmaq istərkən bir dəstə “cin” qəfil zühur etdi və hərə bir ağızdan “olmaz” dedilər. “Cin”lərlə bir xeyli çək-çevirdən sonra boşuna vaxt itirməyin mənasız olduğunu anladım və o səbəbdən də qərara aldım ki, Binəqədi RİH-inə müraciət etməyim daha düzgün olar. Elə də etdim.
RİH-in tikintiyə məsul şəxsləri ilə görüşdən sonra “cin”(lərin) yeddi arxadönəninə fasiləsiz yeddi dəfə rəhmət oxudum. İndi rayon rəhbərliyinin məntiqinə baxın və gülməyin. Deyirlər ki, gərək kənara çıxmayaydın. Deyirəm ki, axı əvvəllər də balkon çıxıntılı vəziyyətdə olub. Deyirlər ki, əvvəllər çox şey olub, indi olmaz. Deyirəm ki, heç əvvəlki halını da istəmirəm, sadəcə balkonun ölçüsünə uyğun şüşəbəndlə yığılmasına razılıq vermənizi istəyirəm. Deyirlər ki, gərək sökməyəydin, sökmüsənsə daha qapada bilməzsən, çünki qanun buna icazə vermir. Yaşasın, belə qanun, vallahi. Bərəkəllah, belə qanuna! Bunların məntiqindən belə çıxır ki, qəzalı vəziyyətdə olan balkonla özüm də yerə uçmalıydım. Yaxud da yolda gedərkən ayaqqabısının dabanını itirmiş birisi onu heç bir halda təmir etdirməməlidir və axsaq vəziyyətdə yoluna davam etməlidir, eləmi?! İnciməyin dostlar, olduqca bəsit yanaşma və məntiqsizliyin tam kvadratına bərabər olan bir məntiqdir bu.
Xeyli söz-söhbətdən sonra “labirintə” düşdüyümün və onlara uzatdığım dost əlimin kəsildiyinin fərqini anladım. Anladım ki, onlar mənimlə dünyanın ”kvadrat” tərəfində dayandığını zənn edərək gözəl bir “məzəli oyun” aparır və özlərini qalibiyyət simvolu hesab edirlər. Bəylər, yanılırsınız! Sizlər dünyanın dairəvi olduğunu, heç nəyin boşuna olmadığını məndən yaxşı bilsəniz də, yenə də elə güman edirsiniz ki, hansısa bir sahənin əbədiyyət məşəli əlinizdə əbədi olaraq alovlanacaq. Amma yanıldığınızın fərqinə azacıq da olsa, varmağınızı cani-dildən istərdim. İstərdim, həm də çox istərdim ki, bu “məzəli oyun” imtahanında “beş”lə kəsilməyimə baxmayaraq, bir gün mənim də sizin qiyməıt kitabçanıza “iki” yaza biləcəyimi unutmayasınız... Bu “oyun” sonadək oynanılacaq... Bilin ki, həm sizlərin, həm də balkonumun altında o gün cin kimi peyda olan şəxslərin başqa tərəflərdə “görmədiyi”, yaxud da “görmək istəmədiyi” heç nə gözümdən yayınmayacaq. Bunu sizlər istədiniz, mən yox. Qoy, hər şey istəyinizcə olsun!
Və yeri gəlmişkən: biz balkonda tikintiyə başladığımız gün qarşı tərəfdə - F.Məlikov məhəlləsində - 4 saylı binanın yan tərəfində və hamının gözü qarşısında tikinti işləri gedirdi. Amma əlahəzrət qanun ona “icazə” verdi. Ya sizlər oranı “görmədiniz”, ya da “görmək” istəmədiniz. Belə olanda qanunu “plastilin” kimi əyməyə nə var ki?.. Sizin əlinizdə belə şeylər bir qurtum su içimi kimi bir şeydir.
Yenə də deyimmi? Bir necə gün əvvəl 6 saylı binanın qarşısına bir xeyli tikinti materialları töküldü. Bina sakinlərinin istirahət etdiyi yer kimə satılıb, nə vaxt satılıb, necə satılıb – bilmirəm. Bildiyim odur ki, sizlərin “xəbəri” olmadan ora bircə daş da gətirilə bilməzdi. Orada tikinti getməliydi, amma... Sakinlər etiraz etdiyindən, məsələ sosial şəbəkələrdə ictimailəşəndən, ətrafdakı tikililərin divarlarını anti-dövlət şüarları “bəzədiyindən” müvəqqəti də olsa, tikinti sahibinə “gözlə” komandası verilib. Mən həmin sahibkarı qınamıram, yeri satıblar o da alıb və əvvəl-axır tikəcək də. Necə ki, bir vaxtlar onun yanındakı “T/T” restoranı da binanın həyətində inşa edilərkən eyni aqibəti yaşamışdı. İndi sual olunur: əgər, orada bütün sənədlər qanuni idisə, o zaman nədən ehtiyat edir və “gözləmə” mövqeyi tutmağa üstünlük verirsiniz? Demək, ortada “nəsə” var! Ümumiyyətlə, çox yerdə çox “şeylər” var - istərdim ki, bunu da unutmayasınız!
Az qala unudacaqdım. “Cin”lərinizi balkonumun altından rədd eləyin və göndərin iblislərinin yanına – hər nə qədər ki, gec deyil...

Vasif Hüseynov


Xəbər 5060 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +