Karantini pozub toy etmək istədilər
Trampdan koronavirusla bağlı yeni AÇIQLAMA
Dünən karantinə görə 4 nəfər həbs edilib
Hərbi xidmətdən qayıdan oğluna yığıncaq etdi
Magistraturaya qəbul olanların nəzərinə
Reanimasiyada olanların sayı açıqlandı
190 manatı gözləyənlərə şad xəbər - Video
İmtahanların nəticələri açıqlandı
Sabah 37 dərəcə isti olacaq
Ana qızını xilas edərkən özü öldü


12.10.2018  19:17 

Ağcabədidə məktəb binasının tikintisinə 1 milyon manat ayrıldı





A+  A-

Prezident İlham Əliyev Ağcabədi rayonunun Salmanbəyli kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
XəzərNews.az-ın məlumatına görə, sərəncama əsasən, Ağcabədi rayonunun Salmanbəyli kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər 879 dəfə oxunub.



05.07.2020  21:44 

Koronanı necə yenmək olar?

05.07.2020  16:48 

“Qalatasaray”da ayrılıq

05.07.2020  15:11 

Sabah 37 dərəcə isti olacaq

05.07.2020  10:28 

Atəşkəs yenə pozuldu


BÜTÜN XƏBƏRLƏR +