“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


11.10.2018  16:11 

Dini icmalara verilən maşınla bağlı müzakirələrə - Rəsmi reaksiya





A+  A-

“Mənəvi Dəyərlərin Təbliği Fondu avtomobilləri şəxslərə deyil, dini icmalara verir. Bunu bilmək üçün ölkə Prezidentinin bu barədə sərəncamına baxmaq kifayətdir. Həmin sərəncamda göstərilir ki, Azərbaycanda dini icmaların maddi-texniki təhcizatının yaxşılaşdırılması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərləri Təbliği Fonduna 400 min manat ayrılsın”
XəzərNews.az bildirir ki, bunu “Qafqazinfo”nun sorğusuna cavab olaraq Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bu günlərdə dini icma rəhbərlərinə verilən avtomobillər məsələsinə toxunarkən deyib. O qeyd edib ki, dini icmalar hüquqi şəxslərdir və hər bir icma ən azı 50 nəfəri özündə birləşdirir: “Dini icmalar fəaliyyət göstərdikləri məscidlərə himayədarlıq edir, onlarla bağlı məsələləri tənzimləyirlər. Məscidlərə yüzlərlə, bəzən minlərlə insan gəlir. Dini icmalar ayin və mərasimlərin təşkili, ibadət evinin fəaliyyətinin tənzimlənməsi, maarifçilik işinin aparılması və digər məsələlərlə məşğul olur. Bunlar isə heç də kiçik məsələlər deyil. Söhbət insanların, ümumilikdə cəmiyyətimizin dini, mənəvi tələbatının ödənilməsindən gedir. Dini icmalar, demək olar ki, ianələr hesabına maliyyələşir. Məscidlərə isə böyük məbləğdə ianələr verilmir. Bu baxımdan dini icmaların böyük əksəriyyətinin maddi-texniki təhcizatı yaxşı səviyyədə deyil. Dövlət başçısı bu reallıqları nəzərə alaraq belə sərəncam imzalayıb.

O ki, qaldı avtomobillərin hansı icmalara verilməsinə, bu, Qafqaz Müsəlmanları İdarəsinin təqdimatı və Fondun Himayəçilər Şurasının müzakirəsindən sonra baş tutub. Onu da deyim ki, dini icmalara avtomobillərin verilməsində bir neçə amil nəzərə alınıb. Məsələn, hər bir bölgədən daha çox ehtiyacı olan, həmçinin aktivliyi ilə seçilən dini icmalar əsas götürülüb. İlkin mərhələdə 14 avtomobil verilmiş dini icmaların siyahısına baxmaq bu reallığı görmək üçün kifayətdir. Onu da qeyd edim ki, noyabr ayında daha 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub”.

Hal-hazırda avtomobillər verilən 14 dini icmanın siyahısı isə belədir:

1. Sabunçu rayonu Nardaran qəsəbəsi “Rəhimə Xanım Ziyaratgahı” məscidi dini icması

2. Xətai rayonu Əhmədli qəsəbə məscidi dini icması

3. Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması

4. Balakən şəhəri “Mərkəzi Cümə” məscidi dini icması

5. Tərtər rayonu “Cümə” məscidi dini icması

6. Ağdam rayonu Xındırıstan kənd məscidi dini icması

7. Şuşa şəhəri “Gövgər Ağa Cümə” məscidi

8. Biləsuvar şəhəri “Cümə” məscidi dini icması

9. Neftçala şəhəri “Sahib Əzzaman” məscidi dini icması

10. Şəki şəhəri “Ömər Əfəndi” məscidi dini icması

11. Qusar şəhəri "Mustafa Kazdal" məscidi dini icması

12. Sabirabad şəhəri “Heydər” məscidi dini icması

13. Gədəbəy şəhəri “Cümə” məscidi dini icması

14. Qazax şəhəri “Cümə” məscidi dini icması

Xəbər 1694 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +