Prezident büdcədən 30 milyon manat ayırdı
İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı
Hava pisləşəcək - Xəbərdarlıq
Bu dövlət qurumları qrant verə biləcək
Orta aylıq əməkhaqqı 540 manata çatıb
Sabah bu yollar tam bağlı olacaq
Qurban Qurbanovdan ŞOK ADDIM
Daha bir ölkədən Rusiyaya SANKSİYA
Tehranın yerləşdiyi ərazi çökür
Çindən “Apple” məhsullarına qadağa


11.10.2018  09:43 

Bakını bu günə kim salır? - Məmurlara son xəbərdarlıq





A+  A-

Neçə illərdir Bakının əksər rayonlarında yaşayış binalarının balkonlarının artırılması prosesi gedir. Özəl binalarda da bu hallara rast gəlinir.
XəzərNews.az xəbər verir ki, bunu “Yeni Müsavat” qəzeti yazıb. Qəzet bildirir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (BTİ) Bakı Şəhər Ərazi İdarəsi bu cür hallara göz yumur. İdarənin rəisi Şəmsi Şahvələdovun bu hallara göz yumması bəzən də dəstək verməsi haqda indiyədək çox yazılıb. Xəbərdə bildirilir ki, məhz onun rəhbərlik etdiyi idarə xüsusilə də yaxın zamanlarda plana düşüb sökülməsi nəzərdə tutulan binaların qarşısında olan artırmaların özəlləşdirilməsi prosesini həyata keçirir. İddialara görə, bunun üçün vətəndaşlardan tikilinin hər kvadratına görə ən azı 300 manat pul tələb edilir.

Şəhərdə müşahidə aparan qəzet əməkdaşı bir çox yerlərdə bu cür artırmalar, binaların həyətlərinin zəbt edilməsi halları genişləndiyinə şahid olub. Bu da deməyə əsas verir ki, məlumatlarda həqiqət payı var.

Yazıda bildirilir ki, Ş. Şahvələdovun rəhbərlik etdiyi idarənin əməkdaşları qanunsuz tikililərə göz yumduqları halda, vətəndaşların qanuni yolla ev tikmələrinə maneə olub, onlara çıxarış vermir. Bunun üçün vətəndaşdan qanunsuz ödəmə tələb edilir. Deyilənə görə, hazırda Bakıdan nisbətən kənar yerlərdə olan torpaqların özəlləşdirilməsi üçün hər sota 1000 manat pul tələb edilir. Bakının mərkəzi ərazilərində isə bu rəqəm 10 dəfə artıqdır.



Məlumatda o da bildirilir ki, idarədə sənəd özəlləşdirmək istəyən şəxslər xüsusi “mərhələdən” keçirlər. Belə ki, idarənin əməkdaşlarında xüsusi siyahı var. Bu siyahıda çıxarış üçün müraciət edənlərin adları qeyd olunub. Hansı adın qarşında “plus” işarəsi qoyulubsa, əməkdaş başa düşür ki, həmin şəxs qoyulan qeyri-rəsmi ödənişi çatdırıb və onun sənədləri problemsiz hazır edilir. Hansı adın qarşısında “plus” işarəsi yoxdursa, vətəndaşı müxtəlif bəhanələrlə get-gələ salırlar. Məlumata görə, evin özəlləşdirilməsi üçün də vətəndaşdan hər otaq üçün ən azı 1000-1500 manat pul tələb olunur.

Halbuki, qanunvericiliyə görə, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 manat dövlət rüsumu müəyyən edilib. Rüsum az olsa da, bu idarənin qeyri-qanuni fəaliyyətinin nəticəsidir ki, Bakı şəhəri və ətrafı sənədsiz ev və mülklərlə doludur.

“Yeni Müsavat” yazır ki, ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məhz Bakıda olan qanunsuz tikililərdən söz açdı.



Prezident vətəndaşlara müraciət edərək vurğuladı ki, əgər haradasa görsələr ki, qanunsuz nə isə tikilir, dərhal məlumat versinlər: “Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik. Şəhərsalma qaydaları var, mərtəbələrin yerə görə hündürlüyü var. Hava axınının müvafiq qaydaları var. Bizdə isə bu, pozulurdu. Elə bil ki, böyük bir sədd tikirdilər. Havanın keçməsi üçün heç bir imkan qalmırdı, həyətlərdə ağacları qırıb binalar tikirdilər. Yerli orqanlar buna həm göz yumurdular, həm də yəqin ki, əlbir idilər. İndi buna son qoyulub. Mən bunu bildirmək istəyirəm”.

Xəbərdə qeyd olunur ki, internet resurslarda yayılan bilgilərə görə, Şəmsi Şahvələdov “kupça” satışından əldə etdiyi çirkli pullarla Ceyrançöl ərazisində böyük heyvandarlıq təsərrüfatı yaradıb. Bundan başqa, ərazi idarə rəisinin Samux rayonunda yüzlərlə əkinçilik texnikasına və əkin sahələrinə sahib olduğu da vurğulanır. Həmçinin Şəmsi Şahvələdovun Türkiyənin İstanbul və Bodrum şəhərlərində dəyəri yarım milyon dollardan çox olan iki lüks evinin olduğu da bildirilir. İdarə rəisinin Bakı şəhərində bir neçə villasının və 20-ə yaxın mənzilində olduğu da iddia olunur.




Xəbər 907 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.12.2018  18:26 

Sabahın məzənnəsi dəyişmədi

11.12.2018  14:08 

Hava pisləşəcək - Xəbərdarlıq

11.12.2018  13:11 

Reynaldo “Qarabağ”a qayıdır?

11.12.2018  12:23 

“Təhqirlərə fikir vermirəm”

11.12.2018  11:43 

Sabah bu yollar tam bağlı olacaq

11.12.2018  11:26 

Qurban Qurbanovdan ŞOK ADDIM


BÜTÜN XƏBƏRLƏR +