Yük maşını az qala körpüdən aşacaqdı... - Bakıda
Atəşkəs 24 dəfə pozulub
Azərbaycanda 17 nəfərdə bu qrip aşkarlanıb
İdlibdə partlayış, 15 ölü, 30 yaralı
“Lotu Quli”nin yaxın adamı azadlığa buraxıldı
Sabah Bakıya sulu qar yağacaq
Bir ildə 14857 ailə dağılıb - RƏSMİ
Binəli Yıldırım bu gün istefa verəcək
Azərbaycanda siqaret BAHALAŞDI
Xərçəngi tez aşkarlamaq üçün nə etməli?


09.10.2018  14:52 

Elmar Vəliyevin “sağ əlinə” cinayət içi açıldı - 100 min dollarlıq ittiham





A+  A-

Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin sabiq rəisi, Elmar Vəliyevin "sağ əli” kimi tanınan Məharət Mustafayevə cinayət işi açılıb.
XəzərNews.az BakuPost.az-a istinadən xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov tərəfindən işdən azad olunmuş Məharət Mustafayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlardan müxtəlif məbləğlərdə pul toplaması və digər əməlləri ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edilib. Müraciətlərə görə idarəyə çağırılan sabiq memara cinayət işi açılıb. Lakin hələlik həbs olunmayıb. Məlumata görə, onun məsuliyyətə cəlb olunmasında yeni icra başçısı da maraqlıdır. Çünki zərərçəkən sakinlər İcra Hakimiyyətinə gələrək kömək istəyirlər. Kimisi Məharət Mustafayevdən torpaq aldığını, lakin buna görə müvafiq sənədlərin verilmədiyini, kimisi pulu ödəsə də tikinti üçün torpaq ayrılmadığını, kimisi də satılmış torpağa görə verilən sənədlərdə ciddi uyğunsuzluqların olduğunu iddia edir. Şikayətçilər arasında daha böyük məbləğlərdə vəsaitdən məhrum olmuş iş adamları da var.



Sayt cinayət işinin konkret kimlərin ərizəsi əsasında açıldığını da müəyyən edib. Məlum olub ki, cinayət işi Tutu Əhmədova, Eynulla Kərimov, Asim Kazımov və digərlərinin şikayəti əsasında açılıb və cinayət işi üzrə müəyyən istintaq hərəkətləri də aparılıb, M.Mustafayev bir neçə dəfə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağrılıb. Şikayətçilər iddia edirlər ki, M.Mustafayev onlara torpaq sahəsi ayıracağı adı altında müxtəlif məbləğlərdə pul alıb, lakin nə vəd olunmuş torpaq verilib, nə də pul geri qaytarılıb. Şikayətçilərdən T.Əhmədova Rusiya vətəndaşıdır və Baş Prokurorluğa yazdığı şikayətdə M.Mustafayevin ondan 100 min dollar aldığını bildirib.

Xəbər 1230 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.02.2019  11:53 

Hindistanda iki təyyarə toqquşdu

19.02.2019  09:54 

Atəşkəs 24 dəfə pozulub

19.02.2019  09:17 

ABŞ-da atışma - 4 nəfər öldü

18.02.2019  19:45 

Məzənnə açıqlandı

18.02.2019  14:23 

Prezident görüş keçirdi

18.02.2019  13:32 

Sabah Bakıya sulu qar yağacaq


BÜTÜN XƏBƏRLƏR +