“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


08.10.2018  16:08 

“Azər Xudiyevin fəaliyyəti sayəsində soydaşlarımız bir-birinə düşmən kəsiləcək” – Kiyevdə səfirə qarşı piket keçiriləcək





A+  A-

Azərbaycanın Ukraynadakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək. Təəssüflə qeyd edirik ki, aksiyanın təşkilatçıları Ukraynada yaşayan azərbaycanlılardır. Onlar bu aksiya ilə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin fəaliyyətinə öz etirazlarını ifadə etmək niyyətindədirlər.
XəzərNews.az bildirir ki, Missiya.Az-ın əməkdaşı aksiyanın təşkilatçılarından olan “Ukraynanın Qafqaz Xalqları Konqresi” ictimai birliyinin rəhbəri Paşa Məmmədovla əlaqə saxlayıb. Təşkilatçı aksiyada təkcə Kiyevdə yaşayan azərbaycanlılar deyil, həm də vilayətləri təmsil edən soydaşlarımızın da iştirak edəcəyini bildirib:

“Hazırlıq işləri davam edir. Vilayətlərlə əlaqədiyik. Soydaşlarımız piketimizdə iştirak etmək və səfirə öz etirazlarını bildirmək istəyirlər. Əlbəttə, istəməzdik ki, azərbaycanlılar öz səfirlikləri qarşısında aksiya keçirsinlər. Təəssüf ki, səfir Azər Xudiyevin diplomat davranışlarından uzaq fəaliyyəti bizi belə bir addım atmağa məcbur edir. Biz ümid edirdik ki, səfir Ukraynada yaşayan azərbaycanlıları sıxışdırmaqdan, onlara təzyiq göstərməkdən, əlaqələrindən və imkanlarından istifadə edərək azərbaycanlıları özünün şəxsi iradəsinə tabe etdirməyə yönəlmiş cəhdlərindən əl çəkəcək. Amma olmadı, Azər Xudiyev getdikcə azərbaycanlılara qarşı daha da aqressiz davranışlara meyilləndi. Xarici ölkələrdə yaşayan azərbaycanlıların yumruq kimi birləşib dövlətimizin maraqlarına cavab verəcək şəkildə fəaliyyət göstərməsinə ciddi ehtiyac duyulduğu bir zamanda Azər Xudiyev Ukraynadakı azərbaycanlıları, Azərbaycanın adına görə öz imkanlarından maksimum dərəcədə istifadə etməyə hazır olan iş adamlarını üz-üzə qoyur, süni intriqalar yaradır və nəticədə biz diqqəti əslinə yönəltməli olduğumuz istiqamətlərə deyil, arzulanmaz daxili problemlərə yönəldirik. Səfir öz şəxsi maraqlarının keşiyində dayanaraq, onun istək və arzularına cavab verməyən azərbaycanlılara müxtəlif süni maneələr yaradır, hətta Ukraynanın rəsmi dairələrindəki əlaqələrindən istifadə edərək soydaşlarımızın ölkədən deportasiya olunmasına çalışır”.



P.Məmmədovun sözlərinə görə, Azər Xudiyev səfirliyi şəxsli malikanəsinə çevirib. Azərbaycanlılar artıq o binaya üz tutmaq istəmirlər: “Bir tədbir və ya görüş olanda, içəri ancaq səfirin “lyubimçikləri” buraxılır. Azərbaycan üçün çalışan, bayramlarda, faciə günlərimizdə və əlamətdar tarixlərdə fəallıq göstərən, öz xalqına və dövlətinə xidmət etməkdən zövq alan yüksək təşkilatçılıq imkanlarına malik insanlar isə səfirliyə buraxılmır, tədbirlərə dəvət olunmurlar. Bu vəziyyəti dəyişmək, hamını bayrağımız ətrafında birləşdirmək, səfirliyimizi hər bir azərbaycanlının doğma ocağına çevirmək lazımdır”.

P.Məmmədov qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dövlət siyasətinə uyğun olaraq Ukraynadakı diaspor hərəkatının inkişaf etdirilməsi üçün atdığı addımları və qazandığı uğurları səfir heçə endirərək məhv etmək istəyir: “Biz öz dövlətimizə və xalqımıza bağlı adamlarıq. Bizim etirazımız səfir Azər Xudiyevin fəaliyyətinədir. O burada olduqca azərbaycanlıların problemləri artacaq, soydaşlarımız bir-birinə düşmən kəsiləcək. Biz bunu istəmirik. Məqsədimiz hamının bir sırada olması, hamının Azərbaycan naminə çalışması, merkantil maraqların dövlət maraqlarından üstün tutulmamasıdır. Biz başqa ölkələrə də baxırıq. Heç bir ölkədə səfirliyimizin azərbaycanlılara qarşı düşmən mövqedə dayanmasının şahidi ola bilmərsiz. Başqa ölkələrdə səfirliklərimiz diaspor təşkilatlarının imkanlarından istifadə edir və koordinasiyalı fəaliyyət mexanizmləri tətbiq olunur. Ukraynada isə səfir Azər Xudiyev azərbaycanlılara belə bir imkanı tanımır, əksinə azərbaycanlıları mümkün qədər səfirlikdən uzaq saxlamağa, onları bir-birnə qırdırmağa çalışır. Buna son qoymaq lazımdır. Dövlət bir ölçü götürməlidir, səfir Azər Xudiyevin fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır”



P.Məmmədov Ukraynada azərbaycanlılara qarşı heç vaxt belə münasibət olmadığını da deyib. O qeyd edib ki, əvvəlki səfirlər həmişə soydaşlarımızın problemləri ilə maraqlanıb, diaspor təşkilatları ilə yaxından əməkdaşlıq ediblər: “Azər Xudiyev isə azərbaycanlıları ölkədən qovdurmağa çalışır. Elə oyunlar aparır ki, diaspor təşkilatları arasında xoşagəlməz münasibətlər yaranır. Zərbə isə dövlət maraqlarımıza dəyir. Dövlətimizə qarşı çirkin oyunlar aparan xarici dairələrə və erməni yalanlarına qarşı hamızın bir yerdə effektli mübarizə aparmalı olduğumuz halda, səfir Azər Xudiyevin sayəsində süni şəkildə yaradılmış daxili çəkişmələrə vaxt ayırmalı oluruq. Biz bunu istəmirik. Əminik ki, dövlətimiz də istəmir”.

Təşkilat sədri sonda onu da bildirib ki, aksiyanın dəqiq tarixi yaxın günlərdə müəyyən olunacaq: “Hazırda bununla da bağlı müzakirə aparır, soydaşlarımızla məsləhətləşirik. Aksiyada fəal diaspor təşkilarlarının da iştirak edəcəyi gözlənir. Ümumi müzakirələr aparıb aksiyanın dəqiq tarixini qərarlaşdıracağıq”.

Qeyd edək ki, Ukraynadakı azərbaycanlı iş adamlarına ciddi şəkildə problemlər yaradıldığına dair deyilənləri diaspor nümayəndələri də təsdiq edir. Bizə verilən bilgiyə görə, bu kimi məsələləri əhatə edən sənədlər də yaxın günlərdə mətbuata çıxarılacaq.

Xəbər 2528 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +