AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


04.10.2018  20:41 

ABŞ Moskvanın ünvanına təhdid səsləndirdi





A+  A-

ABŞ müdafiə naziri Ceyms Mettis Rusiyanı ona qarşı tədbir görəcəkləri ilə təhdid edib.
XəzərNews.az Ria Novosti agentliyinə istinadən xəbər verir ki, Pentaqon rəhbəri Rusiyanın Yaxın və Orta mənzilli raketlər razılaşması çərçivəsinə qayıtmayacağı təqdirdə ona qarşı tədbir görüləcəyini bildirib.

O, bununla ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçisonun sözlərini təsdiqləyib.

“Daimi nümayəndə Xatçisonun da bildirdiyi kimi Rusiya Yaxın və Orta mənzilli raketlər razılaşmasına geri qayıtmalıdır. Əks təqdirdə ABŞ müqavilənin şərtlərini belə laqeydsizliklə pozulmasına görə cavab tədbiri görməli olacaq” – Mettis bildirib.

Onun sözlərinə görə ABŞ həm diplomatiya həm də müdafiə sahəsində cavab verə bilər.

Qeyd edək ki, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison ABŞ-ın Rusiyanın müqavilə şərtlərini pozan yeni raketlərin istehsalını davam etdirəcəyi təqdirdə bu raketləri hazır olmamış məhv edə biləcəyini bildirib.



Xəbər 1572 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +