AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


04.10.2018  10:08 

Qüdrət Şükürov işdən çıxarıldı - Prokurorluq yoxlamaya başladı





A+  A-

Bakı Lift-Təmir İstehsalat Birliyinin rəisi Qüdrət Şükürov vəzifəsindən azad edilib.
XəzərNews.az xəbər verir ki, onun işdən çıxarılması ilə bağlı əmri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eldar Əzizov imzalayıb. Q. Şükürovun əmri dünən verilib və hələlik onun yerinə təyinat olmayıb.

Əldə etdiyimiz məlumata görə, bir neçə gün əvvəl BŞİH tərəfindən idarədə başlayan yoxlama daha da genişləndirilib. İH-nin nümayəndələri tərəfindən başlayan yoxlamalara prokurorluq orqanlarının əməkdaşları da əlavə olunub.

Qeyd edək ki, ötən il qızının 400 min dollarlıq toyu ilə gündəmə gələn Qüdrət Şükürov barədə müxtəlif məlumatlar yayılmışdı. Hətta Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən "Bakılifttəmir” İstehsalat Birliyində maliyyə fırıldaqları və məmurların gəlir mənbələri, həmçinin baş direktor Qüdrət Şükürovla bağlı araşdırmalara başlanıldığı iddia olunurdu.


Xəbər 2713 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +