AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


03.10.2018  16:19 

Rüşvət verən polkovnik işdən çıxarıldı - Təqsirləndirilən etiraz etdi





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Könül Kərimovaya və digər şəxslərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Məlahət Məmmədovanın məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə şahidlərin dindirilmə mərhələsi baş tutub.

Hakim bildirib ki, bugünkü iclasa dəvət edilən şahid ağır xəstə olduğu üçün prosesə gələ bilməyib.

Ötən iclasda zərərçəkmiş Rəsul Quliyev ifadə verərək M.Məmmədovaya 180 min manat verdiyini açıqlamışdı. O bildirmişdi ki, Müdafiə Nazirliyində işləyib və sonra, yəni 2011-ci ildə təqaüddə olduğu zaman Gəncə Hərbi Komissarlığının rəisi vəzifəsində işləmək üçün 180 min manat rüşvət verib. Lakin daha sonra iş alınmadığı üçün pulu geri qaytarılıb.

İfadə verdiyi gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi işləyən polkovnik Rəsul Quliyev bu ifadəsindən sonra işdən çıxarılıb.

Bugünkü iclasda onun işdən çıxarıldığını öyrənən təqsirləndirilən M.Məmmədova buna etiraz edib: “Bu ədalətsizlikdir. Çünki bu işdə əvvəldən haqsızlıq var”.

Proses oktyabrın 10-da davam etdiriləcək.

İttihama görə, M.Məmmədova bir neçə şəxsə müxtəlif vədlər verərək 300 minə yaxın pul alaraq qaytarmayıb. O, müğənni K. Kərimovanın oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib. M.Məmmədova əvvəllər də dələduzluqda ittiham olunub və şərti cəza alıb.

Xəbər 1380 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +