Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


30.09.2018  11:34 

Kişilərdə impotensiyanın ilkin əlamətləri və səbəbləri





A+  A-

Əgər bir kişidə potensiya, cinsi zəiflik başlayarsa, o, özünə qapılıb, dərdini heç kimə deməz, yaxın dostundan başqa.
XəzərNews.az Medicina.az-a istinadən xəbər verir ki, çox kişilər bununla barışmaz, etiraf etməz, hətta müalicədən də imtina edər. Sadəcə aptekə girib, mövcud olan dərmanları atmaqla guya düzələcəyinə ümid edər.

Latıncadan "potentia” – güc, qüvvə kimi tərcümə olunur. Daha dəqiq desək: normal ereksiya, ereksiyanın sürəti, vaxtı, cinsi aktın müddəti və normal davam etməsi nəzərdə tutulur.

40 yaşından sonra müasir kişilərin potensiya ilə problemləri başlayır. Lakin bu hamıda belə deyil. Normal sağlam kişinin 60 yaşda belə intim, cinsi aktivliyi qala bilir.

İlk əlamətlər:

-Cinsi istəyin azalması və ya konkret vaxtlarda ara-sıra yaranması

-Səhərlər ereksiyanın olmaması

-İntim həzz almamaq

-İntim əlaqənin qısa sürməsi və ereksiyanın itməsi

Səbəblər:

-Gec və qeyri-müntəzəm cinsi akt. 30 yaşdan sonra intim əlaqənin azalması. Müntəzəm intim əlaqə kişi potensiyasına müntəzəm təsir göstərir

-Kişi cinsiyyət xarici və daxili orqanlarının xroniki xəstəlikləri: uretrit, prostatit, vazikulit, infeksiyalar

-Sinir, psixonevroloji səbəblər, ailədaxili münaqişələr, işdə stress, yuxusuzluq, daimi yorğunluq

-İçki, tütün, siqaret, narkotik, xüsusən keyfiyyətsiz növlərindən istifadə

-Oturaq iş, azhərəkətlilik, sükan arxasında çox olmaq, qeyri-düzgün, keyfiyyətsiz qidalanma

-Ürək-qan damar sisteminin xəstəlikləri

-Hormonal disbalans. Endokrin sistem birbaşa potensiyaya cavabdehdir

-İdman zallarında anaboliklərin, protein və digər qidaların, maddələrin qəbulu, ilk başda əzələ ilə yanaşı cinsi aktivliyi də artırır, amma bu aldadıcıdır. Sonradan azalma və sönmə başlayır.

-Yataqda seksual uyğunsuzluq, partnyorların bir birini anlamaması, fiziki narazılıq

-Uğursuz əməliyyatlar, ayaq və çanaq orqanlarında travmalar

Diaqnostikası:

Kişilər hətta özlərində bir problem görməsələr də, ildə bir dəfə uroloq və androloq, həmçinin endokrinoloq qəbulundan keçməlidirlər.

Müayinə metodları: əllə yoxlama – palpasiya, USM, hormonal analizlər, doppleroqrafiya, testlər, nevropatoloqun qəbulu.

Necə qorunmalı

Stressdən uzaq, uzaq. Potensiya emosional vəziyyətdən çox asılıdır. Hormonları da oynadan stressdir. Ailədə qarşı tərəfdən narazılıq və ürəksiz cinsi əlaqələr zamanla sizin bütünlükdə qadınlara marağınızı azalda bilər.

Potensiyanı artıran ərzaqlar:

Fast-food, energetik, qazlı içkilərdən imtina edin. A, E, B vitaminləri çox olan meyvə-tərəvəzi bol edin: banan, nar, üzüm, ərik, soğan, sarımsaq, qoz, fıstıq. Mixək, nanə, zəfəran, zəncəfilli çaylar için.

Piyada çox gəzin, həyətdə evdə iş görün. Fiziki aktivliyi artırın. Yuxu rejiminə riayət edin, doyunca yatın.

Ən vacibi: özünüzə fiziki baxımdan uyğun partnyor seçin, tapın. Yataqda kişiyə özünəgüvənlik bəxş edən qüvvə qadındır. O, elə bir qadın olmalıdır ki, potensiya ilə bağlı bütün sirlərini onunla bölüşə biləsən. Yalnız düzgün partnyorla kişi emosional baryeri aşa bilər.

Xəbər 1360 dəfə oxunub.




29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +