Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


28.09.2018  20:27 

İlk plastmas avtomobil təqdim olundu





A+  A-

Yaponiyada vacib detalları və komponent hissələrinin 90 faizi plastmasdan hazırlanan ilk avtomobil nümayiş olunub.
XəzərNews.az xəbər verir ki, innovasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramına uyğun hazırlanan qeyri-adi avtomobil Tokio Universitetinin alimləri və avtomobil istehsalçıları arasında əməkdaşlıq nəticəsində ərsəyə gəlib.

Məlumata görə, müxtəlif növ plastmasların tətbiqi sayəsində avtomobilin çəkisi adi maşından 40 faiz azdır. Belə xüsusiyyət enerjiyə qənaət etməyə, eləcə də elektromobillərin inkişafı üçün yeni imkanlar açmağa şərait yaradır.

Bu yaxınlaradək maşınqayırmada plastmasdan istifadə onun möhkəm olmaması ilə əlaqədar qeyri-mümkün hesab edilib. Lakin alimlər müxtəlif növ uyğun materiallar tətbiq etməklə bu problemin həllinə nail olublar.

Xəbər 2933 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +