Rusiyanın Baş prokuroru vəzifəsindən getdi
Xızıda ana və 3 uşağı itkin düşdü
“Qoca”nın qardaşı saxlanıldı
Azərbaycanda 1 dəqiqəlik sükut...
Bakıda “BMW” yandı
Azərbaycanda “WhatsApp“ çökdü
MSK onun şikayətini təmin etmədi
Sabah hava necə olacaq?
Amerikalı alimdən uzunömürlülük sirri
Şimali Koreyada XİN başçısı dəyişdi


28.09.2018  14:39 

Gömrük Komitəsindən “Azərpoçt”a - İttiham





A+  A-

"Vətəndaşların xəbəri olmadan onların adına çoxsaylı bağlamalar gəlir ki, bu da “Azərpoçt” əməkdaşlarının qanunsuz hərəkətlərə yol verdiyinə dair ehtimalları artırır".
XəzərNews.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərli bəzi poçt əməkdaşlarının qanunsuz mobil telefon alverinə kömək etməsi məsələsinə aydınlıq gətirərkən deyib. O bildirib ki, xüsusilə "Azərpoçt"un bölgələrdə fəaliyyət göstərən filiallarında bu kimi hallara rast gəlirik:

"Bakıda fəaliyyət göstərən "Azərpoçt" bizə bu işdə yardımçı olur. Lakin məsələ bölgələrdən gedir. Xaricdən telefon bağlaması rayonun poçt şöbəsində hər hansı bir şəxsin adına göndərilir. Bu halda adına bağlama göndərilən şəxs şəxsiyyəti təsdiq edən sənədlə birlikdə poçt şöbəsinə yaxınlaşaraq göndərilən bağlamanı təhvil almalıdır. Poçt şöbəsində məsul şəxsin də əsas vəzifəsi bundan ibarətdir ki, həmin vətəndaşın bağlamanı təhvil aldığına dair eyniləşdirməni aparsın. Qanunla siz mənim adıma gələn bağlamanı təhvil ala bilməzsiz. Onu da qeyd edim ki, poçt şöbəsinə göndərilən bağlama geri qaytarılmır. Lakin araşdırmalarımız bizdə o ehtimalı yaradır ki, həmin şəxslərin bu prosesdən xəbəri yoxdur və o bağlamalar qeyd edilən şəxslərə aid deyil. Çünki, biz həmin vətəndaşların bir qismini tapıb izahat alırıq və o şəxslər israrla bildirir ki, onların adına ölkəyə göndərilən mobil telefon və ya hər hansı başqa məhsuldan onların xəbəri yoxdur. Amma faktiki olaraq sənədin alıcısının poçtda o olduğu göstərilir. Deməli poçt şöbələrində bu prosedura maraqlı olan hansısa dairələr var. Əgər alıcı olaraq sözügedən şəxslərin öz ünvanları qeyd edilsə, biz bu məsələnin üzərinə bu qədər gedib araşdırma aparmarıq. Amma bu telefon bağlamaların alıcısı poçt şöbələri göstərilirsə, bu şübhə doğurur. Sadəcə olaraq onlar kimdir, kimlərdən ibarətdir o məlum deyil. Biz də öz növbəmizdə bu istiqamətdə ciddi araşdırmalar aparırıq. Təbii ki, həmin şəxslərin kimliyi aydınlaşan kimi işbazlarla əməkdaşlıq edənlərin də kimliyi açıqlanacaq. Hazırda bu prosesin nəticələri haqqında söz söyləmək tezdir. Məsələnin yekun nəticələri media ilə paylaşılacaq".

Xəbər 1097 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.01.2020  10:43 

Bakıda “BMW” yandı

20.01.2020  09:56 

20 Yanvar faciəsindən 30 il keçdi

19.01.2020  16:34 

MSK onun şikayətini təmin etmədi

19.01.2020  14:48 

Sabah hava necə olacaq?

19.01.2020  11:54 

Makqreqor 40 saniyəyə qalib oldu

18.01.2020  13:50 

Sabah yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +